Atəşkəs daha 5 gün uzadıldı

İsrail Ordusu, ötәn gün 72 saatlıq atəşkəsin sona çatmasına az bir zaman qalmış, Qəzza Zolağından İsrailə raket hücumu təşkil edildiyini açıqlayıb.

90169
Atəşkəs daha 5 gün uzadıldı

İsrail Ordusu, ötәn gün 72 saatlıq atəşkəsin sona çatmasına az bir zaman qalmış, Qəzza Zolağından İsrailə raket hücumu təşkil edildiyini, belәliklә atəşkəsin Həmas tərəfindən pozulduğunu irәli sürәrkәn, Həmas hərəkatı, atәşkәsi İsrail Ordusunun pozduğunu qeyd edib.
Həmas sözçüsü, Әl Qəssam Briqadalarının, İsrailә hücum tәşkil etmәdiyini bildirib.
Bu açıqlamalardan dərhal sonra, Fələstinli qruplar ilə Həmas arasındakı atəşkəs müddәtinin daha 5 gün uzatıldığı açıqlanıb.
Tərəflərin bu gecә bitən atəşkəsin uzadılması üçün Misirin paytaxtı Qahirədəki danışıqlarından sonra açıqladıqları yeni atәşkәs müddәti , birinci gün sona çatacaq.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr