183 nəfərin edam cəzası təsdiq olundu

Aralarında Müsəlman Qardaşlar təşkilatının rəhbərlik şurasının başçısınin da olduğu 183 nəfər haqqında verilən edam cəzası təsdiq olunub.

102193
183 nəfərin edam cəzası təsdiq olundu


Mısırdə “ insanları tәhrik etmәk vә polis mәntәqәlәrinә hücum” cinayәti ilә ittiham edilәn ve aralarında Müsəlman Qardaşlar təşkilatının rəhbərlik şurasının başçısı Məhəmməd Bediinin də olduğu 183 nəfər haqqında verilən edam cəzası təsdiq olundu. Mühakimə mənbələrinin məlumatına görə, Minya Cinayәt Məhkəməsi, “ tihrik vә polis mәntәqәlirinә hücum” iddiası ilə mühakimə olunan çevriliş əleyhdarları 683 nəfərdən 183-ü haqqında edam işinin kәsildiyi qərarı təsdiqləyərkən, 2-i qadın olmaqla 4 nəfərin ömürlük həbs cəzasına məhkum olunması və 496 nəfərin bəraət qazanmasına hökm çıxarıb. Məhkəmə, haqqında edam qərarı verilən, aralarında İhvan Rəhbərlik Şurasının sədri Bediinin də olduğu çevriliş əleyhdarı 683 adamın sənədlərini aprelin 28-də Misir Müftüsünə göndərib və son qərarın iyunun 21-də şübhəlilərin üzünə oxunmasına qərar vermişdi. Misir qanunlarına görə, edam olunanların qovluqları məhkəmə qərarından sonra Misir Müftüsünə göndərilir. Müftünün araşdırmasından sonra sənədlər məhkəməyə geri göndərilir. Daha sonra məhkəmə qərar çıxarır.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr