Suriyada qanlı әmәliyyat

Suriya ordusunun ölkәnin müxtəlif bölgələrində hәyata keçirdiyi əməliyyatlarda dahaçox sayda insan hәyatını itirib.

66175
 Suriyada qanlı әmәliyyat

Suriya ordusunun ölkәnin müxtəlif bölgələrində hәyata keçirdiyi əməliyyatlarda daha 80 nәfәr hәyatını itirib. Suriya İnsan Haqqları Təşkilatının mәlumatına әsasәn, hökumət qüvvәlәri rejim əleyhdarlarının nəzarətində olan bölgələrə quru və havadan hücum tәşkil ediblәr. Әmәliyyatlarda paytaxt Dәməşqdә 19, Hələbdə 18, Deraada 15, İdlibdә 9, Hamada 8, Lazkiyedə 4, Homsda 3, Deyr-əz Zorda 3, Suveydada isə 1 nәfәr həyatını itirib. Suriya rəsmi xəbər agentliyi SANA isə bildirib ki, təhlükəsizlik qüvvələrinin Hələb, İdlib, Hama və Dәməşqdә silahlı qruplaşmalara qarşı hәyata keçirdiyi əməliyyatlarda çoxlu sayda müxalif zәrәrsizlәşdirilib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr