Suriya rejimi prezident seçkilərinə hazırlaşır

Suriya rejimi iyunda keçiriləcək prezident seçkilərinə hazırlaşır.

62731
Suriya rejimi prezident seçkilərinə hazırlaşır

Suriya rejimi iyunda keçiriləcək prezident seçkilərinə hazırlaşır, rəsmi Ankaranın buna reaksiyası isə davam edir. İordaniyada bir sıra görüşlər keçirən Xarici işlər naziri Əhməd Davudoğlu dünya ictimaiyyəti və beynəlxalq təşkilatlara xəbərdarlıq ünvanlayıb. Nazir bildirib ki, bu şərtlər altında seçki qərarı Suriya rejiminin ikiüzlü davranışını nümayiş etdirir. Davudoğlu bunun Suriya xalqının daha sərt etirazına səbəb olacağını vurğulayıb. Onun sözlərinə görə, azı 3 milyon insan Suriyanı tərk edərək qaçqın vəziyyətina düşdüyündən, əhalinin yarısının səsvermədə iştirakı mümkün deyil. Davudoğlu bütün Suriya xalqının iştirak edə bilməyəcəyi bir seçkini tanımayacaqlarını bəyan edib.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr