Azərbaycan vətəndaşlarının əks kampaniyası

Azərbaycan vətəndaşları Dağlıq Qarabağ bölgəsinə hücum edən Ermənistanı dəstəkləyən bəzi Hollivud aktyorlarına, repçilərə və moda dünyasından olan insanlara qarşı sosial mediada əks kampaniyaya başlayıblar.

1517438
Azərbaycan vətəndaşlarının əks kampaniyası

Azərbaycan vətəndaşları Dağlıq Qarabağ bölgəsinə hücum edən Ermənistanı dəstəkləyən bəzi Hollivud aktyorlarına, repçilərə və moda dünyasından olan insanlara qarşı sosial mediada əks kampaniyaya başlayıblar.

BMT “təcili geri çəkilin” əmrinə baxmayaraq təxminən 30 ildir Azərbaycan torpaqlarının 20 faizini işğal edən Ermənistana Hollivud aktyorları da daxil olmaqla, bəzi məşhurların dəstək göstərməsi azərbaycanlıların reaksiyasına səbəb olub.

İşğalçı tərəf olmasına baxmayaraq, dünya şöhrətli kino və sənət aləmi təmsilçilərinin “Ermənistana dəstək” çağırışından sonra bəzi vətəndaşlar "Twitter" vasitəsilə “Ruhunu satan məşhurlar”, “Erməni terrorunu dəstəkləmək” başlıqları altında sözügedən məşhurları paylaşımları ilə tənqid və ifşa ediblər.

"Twitter"dəki həştəq paylaşımlarında adları yazılan məşhurlar arasında Hollivuddan Mel Gibson və Corc Kluni də yer alıb. Moda dünyasının yeni simalarından Loriv Harvey, Nav ləqəbli kanadalı repçi Navraj Singh Goraya da Azərbaycanın Qarabağ bölgəsində işğalçı Ermənistana dəstək çağırışlarına görə tənqid olunublar.

Kaliforniyada məşhurların zərgəri kimi tanınan və müştəriləri arasında erməni əsilli Kim Kardaşyanın əri Kanye Uest də olan Ben Baller eyni səbəbdən Azərbaycanı dəstəkləyənlərin hədəfinə çevrilib.

Məşhurları həqiqətləri araşdırmamaqda və haqlı ilə haqsızı bir-birinə qarışdırmaqda günahlandıran izləyicilər, Ermənistanın Gəncə və buna bənzər mülki yaşayış məntəqələrinə hücum etdiyini, günahsız insanları öldürərək hərbi cinayətlər törətməsi ilə bağlı maarifləndirib, özlərini isə etdikləri səhvlərə görə üzr istəməyə çağırıblar.

Oktyabr ayının ilk həftəsində amerikalı rep sənətçisi Cardi B, "İnstagram" hesabında Ermənistana maliyyə dəstəyi məqsədilə broşür paylaşıb. Azərbaycanlı izləyicilərinin reaksiyasından sonra 15 milyon izləyicisi olan "Twitter" hesabında üzr mesajı ilə dəstək çağırışından imtina etdiyini bildirib.

Qremmi mükafatına layiq görülən sənətçi, “Üzr istəyirəm, araşdırma aparmadıq” başlıqlı səsli mesajında, paylaşdığı broşürə azərbaycanlı izləyicilərindən hədsiz reaksiya gəldiyi zaman etdiyi səhvi anladığını, Ermənistanın müharibə etdiyi ölkənin Azərbaycan olduğunu belə bilmədiyini söyləyib.



Әlaqәli Xәbәrlәr