Ermənistanda növbədənkənar seçkilər keçirildi

Ermənistanda keçirilən növbədənkenar parlament seçkiləri

1667348
Ermənistanda növbədənkənar seçkilər keçirildi

20 iyun 2021-ci ildə Ermənistanda növbədənkənar seçkilər keçirildi. 21 partiyanın və 4 ittifaqın mübarizə apardığı seçkinin nəticələrinə görə, hakim "Vətəndaş" Partiyası səslərin 53,91 faizini toplayaraq qələbəsini elan etdi. Müxalifət Robert Köçəryanın rəhbərlik etdiyi "Ermənistan" Alyansı səslərin 21.09 faizini qazandı. Keçmiş prezident Serj Sarkasyanın İttifaqı 5,22% səs toplayaraq parlamentə girmə hüququ qazanan üçüncü partiya oldu. 2 milyon 600 min seçicinin qeydiyyata alındığı ölkədə növbədənkənar seçkilərdə iştirak nisbəti 49,39 faiz təşkil etdi. "Vətəndaş" Partiyası bu seçkilərdə əyalətlərdən ən böyük dəstəyi aldı və parlamentdəki 105 yerdən 71-ni qazandı. Müxalifət seçkilərin nəticələrini tanımadı, ancaq hələlik səslərin yenidən sayılmasında nəticəyə təsir edəcək bir durum da qeydə alınmadı. Beynəlxalq müşahidəçilər seçkilərin qanuni olduğunu bildirdilər.

44 günlük Qarabağ müharibəsində məğlubiyyəti qəbul edən Baş nazir Nikol Paşinyan müxalifətin mitinqləri nəticəsində erkən seçkilərə getməli oldu. Bu müddətdə Baş Qərargah rəisi Onik Qasparyan da Baş nazir Paşinyanı istefaya dəvət etdi və əsgərlərin bu çıxışı çevriliş cəhdi kimi yozumlandı. Prezidentlik və məhkəmə də Paşinyanın istefasını tələb etmişdi.

Bir çox mütəxəssis bu inkişaflardan sonra Paşinyanın seçkilərdə məğlub olacağını və ya heç olmasa səslərinin azalacağını düşünsə də, erməni xalqı Paşinyanı yenidən hakimiyyətə gətirdi. Bunun ən böyük səbəbi ermənilərin çətin və təcrid olunmuş yaşayış şərtlərindən, müharibədən qurtulmaq, sülhün və əmin-amanlığın hökm sürdüyü bir ölkədə yaşamaq istəmələridir. Seçkilərin nəticələrini “Erməni xalqı xüsusilə Gürcüstan və Türkiyədən təsirlənir və gələcəklərini bölgə xalqı ilə sıx əməkdaşlıqda görürlər” kimi şərh etmək mümkündür.

Erməni xalqı bu seçkilərdə açıq şəkildə bildirdi ki, Qarabağ məğlubiyyətində günah yalnız Baş nazir Paşinyana yüklənə bilməz. Ermənistanın bütün keçmiş siyasi liderlərinin seçkilərdə iştirak etməsi və məğlub tərəfə çevrilməsi bunun əyani göstəricisidir. Bu seçkilərdə erməni xalqı “təcavüzə yox” dedi. Televiziya mübahisəsində müxalifət liderlərinin Paşinyan qarşısında görünməməsi də xalqın gözündə mənfi addım kimi qəbul edildi. Ancaq müxalifətin seçki nəticələrini qəbul edəcəyini söyləmək hələ tezdir. Ermənistan siyasətində gücünü itirən Qarabağ klanı ölkədəki bu yeni prosesi pozmaq üçün strategiyalar təyin edəcək. Məsələn, Robert Koçeryan seçki nəticələrini Konstitusiya Məhkəməsinə gətirəcəklərini bildirdi.

Paşinyanın qələbə nitqində "Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, Avrasiya İqtisadi Birliyi ilə, yəni Rusiya ilə əlaqələri daha da gücləndirəcəyik" ifadəsi, Türkiyə və Azərbaycanın təklif etdiyi regional Altılı Platformanın gələcəkdə Ermənistanda da gündəmdə olacağı mənasını daşıya bilər. Əsasən seçkidən əvvəl Paşinyanın heyəti bu istiqamətdə açıqlamalar verdi. "Vətəndaş" Partiyasının hökumət qurmaq üçün koalisiyaya ehtiyacı olmaması, qonşuları ilə münasibətləri normallaşdırmaq üçün bir şansdır. Paşinyan qonşuları ilə münasibətlərini yaxşılaşdıraraq ölkə iqtisadiyyatını yaxşılaşdırmadıqca, daxili siyasətdəki qarışıqlıq davam edəcəkdir.



Әlaqәli Xәbәrlәr