Gürcüstan baş nazirinin Türkiyə səfərinin əhəmiyyəti

2021-ci ilin 1 iyun tarixində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə İraqlı Qaribaşvili Gürcüstanın baş naziri kimi Türkiyəyə ilk səfərini gerçəkləşdirdi

1655001
Gürcüstan baş nazirinin Türkiyə səfərinin əhəmiyyəti

 

  2021-ci ilin 1 iyun tarixində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə İraqlı Qaribaşvili Gürcüstanın baş naziri kimi Türkiyəyə ilk səfərini gerçəkləşdirdi. Rəsmi heyətdə iqtisadiyyat, xarici işlər, ətraf mühit nazirləri və Acarsıtan Muxtar Respublikasının sədri var idi.

  Türkiyə prezidenti Gürcüstanın hıökumət başçısını Ankarada rəsmi mərasimlə qarşıladı. Görüşdən sonra liderlər təşkil olunan mətbuat konfransında çıxış etdilər. İraqlı Qaribaşvili görüşlərin çox məhsuldar keçdiyini bildirərək Ərdoğanı Tiflisdə görməkdən məmnun olacaqlarını söylədi.

  Türkiyə təxminən 15 ildir Gürcüstanın ən böyük ticarət ortağıdır. Hər iki ölkənin başçısı mətbuat konfransında ortaq ticarət həcmini 3 milyard dollara çatdırmaqla bağlı razılığa gəldilər.

  Gürcüstan və Türkiyə Şərq-Qərb nəqliyyatı üzərində tranzit ölkələr kimi daha çox əməkdaşlıq etməyə qadirdirlər. Zəngəzur dəhlizinin açılması da  Türkiyə - Gürcüstan - Azərbaycan nəqliyyat yolunun əhəmiyyətini azaltmayacaq.

  Türkiyə və Gürcüstan səhiyyə sahəsində də əməkdaşlığı gücləndirəcək fəaliyyətlər icra edirlər. May ayının sonunda hər iki ölkənin səhiyyə işçiləri arasında orqan nəqli ilə bağlı əməkdaşlıq müqaviləsi imzalanıb. Bunu da qeyd edək ki, Gürcüstanda orqan nəqli əməliyyatının yayılmasında TİKA-nın əməyi böyükdür.

  Ermənistanın bölgə ölkələri ilə əlaqələrini normallaşdırması və regiona yenidən inteqrasiyası üçün Gürcüstan müsbət rol oynaya bilər. Baş nazir İraqli Qaribaşvili Türkiyəyə gəlməzdən əvvəl Bakı və İrəvana səfər etmişdi. Bu baxımdan Ərdoğanın "Bölgədə üçlü iş birliklərini dəstəkləyirik" və "Gürcüstan regional əməkdaşlığın açarıdır" şərhləri böyül məna daşıyır. Türkiyə - Azərbaycan – Gürcüstan - İran Xarici İşlər Nazirləri Toplantısında Ermənistanın da iştirakının təmin edilməsi regional barış və sabitlik üçün atılan mühüm addım ola bilər.

  1 iyun tarixindən epidemiya ilə bağlı iki ölkə arasında bağlı qalan sərhəd qapıları yenidən açılıb. Bu vəziyyət ortaq ticarət həcminin artması başda olmaqla ikitərəfli əlaqələrin inkişafını gətirir. Türkiyə və Gürcüstan şəxsiyyət vəsiqəsi ilə səyahət, gömrükdə asanlıq, sərbəst ticarət müqaviləsi kimi strateji səviyyədə imkanlara yol açan addımları onsuz da atmışdılar.

  Türkiyə və Gürcüstan arasında bu yüksək səviyyəli strateji əməkdaşlıq Stalin dövründə yurd-yuvalarından sürgün edilən Ahiska türklərinin ana vətənlərinə dönə bilmələri məsələsinin də gələcəkdə müsbət həllə qovuşmasını təmin edə bilər.

  Məlum olduğu kimi, Gürcüstanın Namahvan bölgəsində Türkiyənin şirkəti Su Elektrik Stansiyası tikir. Altı aydır ki, yerli xalq layihənin şərtlərini nəzərdən keçirməyi tələb edirdi. 1 iyunda Türkiyəyə gələn Gürcüstan heyəti ilə inşası bu ölkə üçün lazım olan, mühüm sərmayə layihələrindən sayılan Su Elektrik Stansiyası ilə bağlı müzakirələr aparıldı.   

  Türkiyə - Gürcüstan əlaqələrində Azərbaycan faktoru danılmaz rol oynayır. Bu üç ölkənin xarici işlər nazirləri üçlü yığıncaqları məhsuldar şəkildə davam etdirilir.

  Türkiyə - Azərbaycan - Gürcüstan Başçıları Zirvə Toplantısı oldu. Bu üç ölkə birlikdə Bakı – Tiflis - Ceyhan, Bakı – Tiflis - Kars, Bakı – Tiflis - Ərzurum layihələrini həyata keçirib. Türkiyə - Azərbaycan - Gürcüstan İş Forumlaru təşkil edilir. Bütün bunlar regional əməkdaşlığı yeni bir səviyyəyə yüksəltmənin mümkün olduğunun nümunələridir.  



Әlaqәli Xәbәrlәr