Avrasiya İqtisadi Birliyinin iclası

"Avrasiya gündəmi" proqramının bu günkü hissəsində Avrasiya İqtisadi Birliyinin Ali Şurasının iclasını qiymətləndirəcəyik.

1646039
Avrasiya İqtisadi Birliyinin iclası

 

‘‘Avrasiya gündәmi’’ programının bu günkü hissәsindә Avrasiya İqtisadi Birliyinin Ali Şurasının onlayn qaydada  keçirilәn iclasını qiymәtlәndirәcәyik.

2021-ci ilin 21 may tarixindә Qazaxıstan prezidenti Kasım Comart Tokayevin sәdrliyi ilә Avrasiya İqtisadi Birliyinin Ali Şurasının onlayn qaydada iclası keçirilib. İclasda Qazaxıstan, Qırğızıstan, Ermәnistan, Belarus, Rusiya Federasiyası, Özbәkistan vә Kuba prezidentlәri, birliyin fәxri sәdri vә baş katibi iştirak ediblәr.

Qazaxıstan prezidenti Kasım Comart Tokayev iclasda etdiyi çıxışda Özbәkistan-Qazaxıstan sәrhәdindә inşa edilәn Beynәlxalq Orta Asiya Logistika Mәrkәzinә oxşar mәrkәzlәrin sayını Avrasiya İqtisadi Birliyinә üzv ölkәlәrdә artırılmasını tәklif edib.

İclasda çıxış edәn birliyin fәxri sәdri Nursultan Nazarbayev Avrasiya İqtisadi Birliyi daxilindә daha tәsirli inteqrasiyanın olmasını istәmәyәn güclәrin olduğunu bildirib amma hansı güclәr olduğunu açıqlamayıb. Belarus prezidenti Aleksandr Lukaşenko isә etdiyi çıxışda birliyin qarşısındakı әn böyük maneәnin Qәrb olduğunu bildirib.

İclasda çıxış edәn Vladimir Putin isә ‘‘Sputnik V’’ peyvәndinin gәlәcәkdә Avrasiya İqtisadi Birliyinә üzv dövlәtlәrin hamısında istehsalının mümkün olacağını deyib. Liderlәr iclasda ticarәtdә dolların istifadәsinin azaldılması mәsәlәsini dәstәklәyәn çıxışlar ediblәr. Rusiya vә Çinin başlatdığı bu prosesin bölgәdә davam edәcәyini tәxmin etmәk  mümkündür.

Әrzaq tәhlükәsizliyi vә әrzaq qiymәtlәri iclasda tez-tez dilә gәtirilәn mәsәlәlәrdәn biri olub. İclasda hәmçinin artan qiymәtlәrin aşağı endirilmәsi mәsәlәsindә konkret tәkliflәr edilmәyib. İclasın sonunda gömrük, kәnd tәsәrrüfatı kimi bir çox sahәni әhatә edәn 14 müqavilә imzalanıb.

Keçәn ilin may ayında keçirilәn iclasda birliyin fәaliyyәtlәri ilә bağlı çox sayda tәnqidlәr dilә gәtirilmişdi. Bu iclasda buna oxşar hadisәlәr müşahidә olunmayıb. Rusiyanın koronavirus әleyhinә hazırladığı peyvәndin birliyә üzv dövlәtlәrlә paylaşması, epidemiyanın nәzarәt altına alına bilmәsi, iqtisadiyyatların canlanması birliyin fәaliyyәtlәri ilә bağlı tәnqidlәrin azalmasında ciddi rol oynayıb.

Avrasiya İqtisadi Birliyinin iclasında müşahidәçi qismindә iştirak edәn Moldova son iclasa qatılmayıb. Maia Sandunun prezident seçilmәsindәn sonra Moldovada Qәrb ilә birlәşmәk üçün bәzi addımlar atılır. 2021-ci ilin 17 may tarixindә Moldova xarici işlәr naziri Gürcü vә ukraynalı hәmkarı  Avropa ilә inteqrasiyanı artırmaq üçün müqavilә bağlayıb. Belәliklә Moldova Avrasiya İqtisadi Birliyi vә ya Rusiya әvәzinә Qәrb ilә әmәkdaşlıq edә bilәr.

Avrasiya İqtisadi Birliyi indiyәdәk Vyetnam, Serbiya, İran vә Sinqapur ilә әmәkdaşlığa dair müqvilә bağlayıb. Bu çәrçivәdә İsrail, Misir, Hindistan, İndoneziya vә Monqolustan ilә görüşlәr davam etdirilir. Qarşıdan gәlәn illәrdә sözügedәn dövlәtlәrin bәzilәri ilә әmәkdaşlığa dair müqavilә imzalana bilәr. Avrasiya İqtisadi Birliyi onsuz da Çin ilә әmәkdaşlıq edir.Beynәlxalq arenada qütblәşmә artarsa birliyin әhәmiyyәti daha da artacaq.

 

 



Әlaqәli Xәbәrlәr