Rusiyada keçirilәn etiraz aksiyaları

‘‘Avrasiya gündәmi’’ proqramının bu günkü hissәsindә Rusiyada keçirilәn icazasiz etiraz aksiyalarını qiymәtlәndirәcәyik.

1580889
Rusiyada keçirilәn etiraz aksiyaları

 

‘‘Avrasiya gündәmi’’ proqramının bu günkü hissәsindә Rusiyada keçirilәn icazasiz etiraz aksiyalarını qiymәtlәndirәcәyik.

2021-ci ilin 17 yanvar tarixindә Rusiya müxalifәtinin lideri Aleksey Navalnı Berlindәn Moskvaya geri qayıdanda şәrti cәza qurallarını pozduğu üçün saxlanılıb. Rusiyalı müxaliflәr  Navalnıyә dәstәk mәqsәdilә 23,31 yanvar vә 2 fevral  tarixlәrindә icazәsiz etiraz aksiyaları keçirib. Bu mitinqlәr Rusiyanın demәk olar ki, bütün şәhәrlәrindә keçirilib. Ölkәdә buna bәnzәr aksiyalar әn son 2012-ci  ildә keçirilmişdi.

2021-ci ilin 2 fevral tarixindә Aleksey Navalnı barəsində qəbul edilən şərti cəza azadlıqdan məhrum etmə cəzası ilə dəyişdirilib və o, 3,5 il müddətinə azadlıqdan məhrum edilib. Mәhkәmә prosesinindә  tәxminәn 20 qәrbli diplomat müşahidәçi olaraq iştirak edib. Dövlәt Dumasında olan iqtidar vә bütün müxalifәt partiyaları Nanalnını ölkә düşmәni elan etdilәr.

Qәrb ölkәlәri Navalnının azadlığa buraxılmasını tәlәb edirlәr. Almaniya kansleri Angela Merkel qәrarın hüquq dövlәti ilә üst-üstә düşmәdiyini  vә Navalnının dәrhal azadlığa buraxılmasının   vacibliyini vurğulayıb. Fransa prezidenti Emmanuel Makron mәhkәmә qәrarını qәbuledilmәz adlandırıb. ABŞ prezidenti Co Bayden Aleksey Navalnının dәrhal vә şәrtsiz azadlığa buraxılmasını tәlәb edib. Brüksel dә buna oxşar bәyanatlar yayıb. ABŞ prezidentinin milli tәhlükәsizlik mәsәlәlәri üzrә müşaviri Cek Sullivan  Co Bayden rәhbәrliyinin Rusiyaya qarşı daha çox sanksiya tәtbiq etmәk niyyәtindә olduğunu ifadә edib.

Fevralın 5-dә Rusiya Xarici İşlәr Nazirliyi 2021-ci ilin 23 yanvar tarixindә icazәsiz şәkildә keçirilәn etiraz aksiyalarına qatıldıqları üçün Almaniya, Polşa vә İsveçrәdәn olan 3 diplomatı istәnmәyәn şәxs adlandıraraq onların  deportasiya edilәcәyini açıqlayıb.

Eyni gün Rusiya xarici işlәr naziri Sergey Lavrov  Avropa İttifaqının xarici әlaqәlәr vә tәhlükәsizlik siyasәti üzrә ali nümayәndәsi Cozef Borrel ilә keçirdiyi görüşdәn sonra baş tutan mәtbuat konfransında Avropa ittifaqının etibarsız bir tәrәfdaş olduğunu bildirib.

Rusiyalı müxaliflәr hәr hәftәsonu icazәsiz aksiyalar keçirmәyә davam edir. Bu metod dava әvvәl Xabarovsk şәhәrindә vә Belarusda sınaqdan keçirilib vә müxaliflәr baxımından müvәffәqiyyәtli nәticәlәr verib. Etiraz aksiyalarının payız aylarına qәdәr davam etmә ehtimalı var. Çünki Rusiyada payızda parlament seçkilәri keçirilәcәk.

Qeyd etmәk lazımdır ki, Navalnı ilә bağlı  Rusiya ilә Qәrb arasındakı gәrginlik davam edir. Qarşıdakı günlәrdә rusların küçәlәrә icazasiz aksiyalar üçün çıxıb-çıxmaması vә ya icazәsiz aksiyalarda iştirak edәnlәrin sayı ölkәdәki olayların gedişini müәyyәn edәcәk. Beynәlxalq arenada isә Qәrb ölkәlәri  Rusiyaya yeni sanksiyalar tәtbiq edә bilәr.



Әlaqәli Xәbәrlәr