Hulusi Akarın Orta Asiya Cümhuriyyәtlәrinә etdiyi sәfәr

''Avrasiya gündәmi''  programının bu günkü hissәsindә Türkiyәnin milli müdafiә nazirinin Orta Asiya Cümhuriyyәtlәrinә etdiyi sәfәri qiymәtlәndirәcәyik.

1521740
Hulusi Akarın Orta Asiya Cümhuriyyәtlәrinә etdiyi sәfәr

''Avrasiya gündәmi''  programının bu günkü hissәsindә Türkiyәnin milli müdafiә nazirinin Orta Asiya Cümhuriyyәtlәrinә etdiyi sәfәri qiymәtlәndirәcәyik.

Türkiyәnin milli müdafiә naziri Hulusi Akar 25-28 oktyabr tarixlәri arasında Pakistan, Qazaxıstan vә Özbәkistana rәsmi sәfәr edib. Mәlumata әsasәn, Hulusi Akar oktyabrın 26-da Pakistandan Qazaxıstana gedib. Qazaxıstanlı hәmkarı Nurlan Yermekbayev tәrәfindәn hәrbi mәrasimlә qarşılanan Hulusi Akar Nur-Sultan şәhәrindә Qazaxıstan Baş naziri Askar Mamin, sәnaye vә infrastruktur naziri Beybut Atakulov, Qazaxıstan Milli Mühafiz Birliklәrinin komandanı Ruslan Jaksilıkov ilә görüşlәr keçirib. Görüşlәrdә ikitәrәfli münasibәtlәr vә regional mövzular müzakirә olunub. Yeri gәlmişkәn qeyd edәk ki, Türkiyә vә Qazaxıstan 2018-ci ildә hәrbi sahәdә әmәkdaşlığa dair müqavilә imzalamışdı. İki ölkә arasındakı müdafiә sahәsindәki münasibәtlәr 1990-cı illәrin әvvәllәrindәn etibarәn davam edir.

27 oktyabr tarixindә milli müdafiә naziri Hulusi Akar Özbәkistana keçib. Akar Daşkәnddә hәmkarı Bahadır Kurbanov tәrәfindәn rәsmi mәrasimlә qarşılanıb. İkitәrәfli vә heyәtlәr arasında keçirilәn görüşlәrdәn sonra Türliyә vә Özbәkistan müdafiә nazirlәri arasında hәrbi sahәdә әmәkdaşlığa dair protokol imzalanıb. Akar hәmçinin Özbәkistan Tәhlükәsizlik Şurasının Baş katibi Viktor Mahmudovla da bir araya gәldi. Sәfәr sonunda milli müdafiә naziri Hulusi Akar  Özbәkistan prezidenti Sevkat Mirziyoyev tәrәfindәn qәbul edilib.

Türkiyənin hərbi sahədəki  təcrübə, tutum və texnologiya baxımından şərqdәki qardaşları ilә bölüşәcәyi bir çox mәsәlәnin olduğunu deyə bilriək. Hərbi təlim, məlumat və kəşfiyyat mübadiləsi, müdafiə sənayesi sahəsində əməkdaşlığın artırılması  yeni nəsil silahların tәmin edilmәsi  və kiber təhlükəsizlik kimi sahələrdə əməkdaşlıq vacibdir. Bu səbəbdən bu sahədə sıx əməkdaşlığı davam etdirmək bütün tərəflərin faydasınadır.

2019-cu ilin 22-27 aprel tarixlәri arasında Özbәkistanda Türkiyә vә Pakistan әsgәrlәrinin iştirakı ilә ‘‘Qalxan-2019’’ hәrbi tәlimi keçirilib. Birgə təlimlərin davam edəcəyi bildirildi. Bu baxımdan Akarın Pakistana etdiyi sәfәr әhәmiyyәt kәsb edir.

Digәr tәrәfdәn milli müdafiә nazirinin Şanxay Әmәkdaşlıq Tәşkilatına üzv olan sözügedәn ölkәlәrә etdiyi sәfәr  Ankaranın çoxtərəfli  xarici siyasәt anlayışı ilә üst-üstә düşür.

Türkiyәnin Orta Asiya Cümhuriyyәtlәri ilә hәrbi-texniki münasibәtlәri yaxşı sәviyyәdәdir. Bu münasibәtlәri strateji sәviyәyә çatdırmağın vaxtı gәlib.Türkiyәnin Orta Şәrq, Afrika vә Qafqazdan sonra  Orta Asiya ölkәlәri ilә müdafiә sahәsindәki әmәkdaşlığını yeni bir sәviyyәyә çatdırmaq istәmәsi,  rәsmi Ankaranın bölgәdәki gücünün artırılması, müttәfiqlәri ilә әmәkdaşlığını güclәndirmәsi baxımından әhәmiyyәt kәsb edir.



Әlaqәli Xәbәrlәr