Xәzәryani dövlәtlәrin әmәkdaşlıq imkanları

‘‘Avrasiya gündәmi’’ proqramının bu günkü hissәsindә Xәzәryani dövlәtlәrin әmәkdaşlıq imkanlarını qiymәtlәndirәcәyik.

1428636
Xәzәryani dövlәtlәrin әmәkdaşlıq  imkanları

 

‘‘Avrasiya gündәmi’’ proqramının bu günkü hissәsindә Xәzәryani dövlәtlәrin әmәkdaşlıq  imkanlarını qiymәtlәndirәcәyik.

2020-ci ilin 20 may tarixindә Türkmәnistanın Azәrbaycandakı sәfiri Mekan İşanguliyevin tәşәbbüsü ilә Aktau, Bakı, Türkmәnbaşı vә Kurık limanlarının rәhbәrlәrinin iştirakı ilә videokonfrans formatında iclas keçirilib. İclasada  yeni növ koronavirus epidemiyası ilә mübarizә  vә pandemiya dövründә Xәzәr dәnizindә görülәcәk birgә tәdbirlәr müzakirә olunub.

Tərəflər sözügedən limanlar arasında elektron məlumat mübadiləsini təmin etmək, epidemioloji əməkdaşlığı artırmaq, yük daşınması və karantin məsələlərində limanlar arasında fəaliyyətlərin hәyata keçirilmәsi barədə razılığa gəliblәr.

Pandemiya dövrü Xəzər dәnizinin  beynəlxalq daşımalarda əhəmiyyətini bir daha təsdiqlədi. Tәmassız daşımalarda Xəzər dәnizindәki  Ro-ro səfərləri Şərqlə Qərbi bir-birinә bağlayacaq әhәmiyyәtli  həll yolu kimi ön plana çıxdı.

Hazırda Xəzərin 4800 km-ə yaxın (adalarla birlikdə 6000 km) sahil xəttində  beş dövlət yerləşmişdir. Bu ölkələrin malik olduğu sahil xəttinin uzunluğu belədir: Azərbayсan Respublikası - 955,  Qazaxıstan - 2320, İran - 724, Rusiya -695, Türkmənistan-1200 km.

2018-ci ilin avqust ayında Aktayda Xәzәryani dövlәtlәrin liderlәrinin zirvә görüşü olub. Görüşdә ölkə rəhbərləri Xəzərin hüquqi statusu haqqında Konvensiyanı imzalayıblar.

Son illərdə həm Azərbaycan, həm Qazaxıstan, həm də Türkmənistan Xəzərdəki limanlarına ciddi  investisiyalar qoyub.  2016-cı ildə Qazaxıstan Kurık, 2017-ci ildə Türkmənistan Türkmənbaşı və Azərbaycan da Alat adlı limanları inşa edib.  Bu investisiyalar  şimaldakı Rusiya  və cənubdakı  İranın  strateji mövqelərini regional və ikitərəfli münasibətlərdə təzyiq vasitəsi kimi istifadə etmək istədikləri zaman alternativ nəqliyyat marşrutu kimi vacibdir.

Aprel ayının sonunda keçirilәn Türk Şurasının yığıncağında şuraya üzv vә müşahidәçi ölkәlәr arasında pandemiya dövründә әmәktaşlığın güclәndirilmәsi ilә bağlı qәrar qәbul edilib.

Şuraya üzv dövlәtlәrin nәqliyyat nazirlәrinin vә Xәzәryani dövlәtlәrin limanlarının rәhbәrlәrinin  keçirdiyi görüşlәr  Türk Dünyasının bir-biriylә daha sıx әmәkdaşlıq etmәsi üçün önәmli addımların atıldığını  göstәrir.

Azәrbaycan, Qazaxıstan vә Türkmәnistan arasında  әmәkdaşlığın daha da güclәnәcәyi tәqdirdә Xәzәrin enerji qaynaqları Türkiyә üzәrindәn Qәrbә asanlıqla nәql edilә bilәcәk. Bakı-Tbilisi-Qars dәmir yolu yalnız yük deyil, Şәrq ilә Qәrbi Xәzәr üzәrindәn bağlayan marşrut olaraq da istifadә edilә bilәr. Sözügedәn ölkәlәrin müvafiq limanları Xәzәrin hәr iki tәrәfindә  turizmin canlanmasınә әhәmiyyәtli töhfәlәr verәcәk.  

Həm "Lapis Lazuli Marşrutu" nun, həm Qara dəniz-Xəzər dənizi beynəlxalq nəqliyyat dəhlizinin, həm də Beynəlxalq Orta Dəhlizin inkişafı üç ölkənin Xəzər dənizindəki əməkdaşlığından asılıdır.



Әlaqәli Xәbәrlәr