Avrasiya İqtisadi Birliyinә üzv ölkәlәrin liderlәrinin fövqәladә iclası

‘‘Avrasiya gündәmi’’ proqramının bu günkü hissәsindә Avrasiya İqtisadi Birliyinә üzv ölkәlәrin liderlәrinin 2020-ci ilin 19 may tarixindә keçirdiklәri fövqәladә iclası qiymәtlәndirәcәyik.

1424418
Avrasiya İqtisadi Birliyinә üzv ölkәlәrin liderlәrinin fövqәladә iclası

 

‘‘Avrasiya gündәmi’’ proqramının bu günkü hissәsindә Avrasiya İqtisadi Birliyinә üzv ölkәlәrin liderlәrinin 2020-ci ilin 19 may tarixindә keçirdiklәri fövqәladә iclası  qiymәtlәndirәcәyik.

2020-ci ilin 19 may tarixindә Avrasiya İqtisadi Birliyinin dönәm sәdri Belarus prezidenti Aleksandr Lukaşenkonun tәşәbbüsü ilә videokonfrans formatında iclas keçirilib. İclasa Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova vә Rusiyanın dövlәt başçıları qatılıblar.

Pandemiya sәbәbindәn videokonfrans formatında keçirilәn iclasda birliyin 2025-ci ilә dair iqtisadi inteqrasiyasını nәzәrdә tutan mәsәlәlәr müzakirә olunub. Baş tutan iclasda qәbul edilәcәk qәrarların bu ilin sonunda Minskdә keçirilmәsi planlaşdırılan iclasda yenidәn müzakirәyә çıxarılacağı bildirilib. İclasda hәmçinin birliyin 2020-2021-ci illәrini әhatә edәn fәaliyyәt planı qәbul edilib. Daha әvvәl keçirilәn zirvә görüşlәrindәn fәrqli olaraq bu iclasda  birliyin fәaliyyәtlәri vә perspektivlәri qiymәtlәndirilib.

İclasda çıxış edәn Aleksandr Lukaşenko tәbii qaz qiymәtlәrindәki bәrabәrsizlik mәsәlәsini gündәmә gәtirib. Birliyin güclәnmәsi vә bütövlәşmәsi üçün tәbii qaz vә ümumi olaraq enerji qiymәtlәrinin eyni olmasının vacibliyi vurğulanıb.Ermәnistan baş naziri Nikol Paşinyan da Lukaşenkonu dәstәklәyib vә birliyin birgә enerji bazarının olmasının әhәmiyyәtini qeyd edib.

Qazaxıstan prezidenti Sooronboy Ceenbekov gömrüklәrdә yaşanan problemlәrin pandemiya dövründә bilә hәll edilmәdiyini vurğulayıb vә Ukrayna ilә Avropa ölkәlәrindәn gәlәcәk mәhsulların ödәnişsiz  tranzit imkanının tәmin edilmәsini tәklif edib.

Qazaxıstan prezidenti Kasım Cömert Tokayev birliyin 2025-ci ilәdәk olan iqtisadi inteqrasiyasını nәzәrdә tutan fәaliyyәtlәrini tәnqid edib.

Tokayev birlik içәrisindә hәr ölkә üçün bәrabәr şәraitin yaradılmadığını deyib. Tokayev hәmçinin  birliyin qurulma mәqsәdinin iqtisadi inteqrasiyanı hәdәflәdiyini vә buna görə digər sahələrdə nəzərdə tutulan inteqrasiya araşdırmalarının da diqqətlə araşdırılmalı olduğunu bildirib. Tokayev çıxışında xalqın maraqlarını da vurğulayıb.

Rusiya prezidenti isә çıxışında birliyin genişlәndirilmәsinin әhәmiyyәtinә diqqәt çәkib. Vladimir Putin İsrail, Misir vә  Hindistanla әmәkdaşlığa dair danışıqların davam etdiyini bildirdi.

Avrasiya İqtisadi Birliyinin  öz inkişaf modelini tapa bilməməsi və qərarlar ilә işlərin əksəriyyətinin Moskvanın rəhbərliyi altında olması, pandemiya dövründə birliyin digər üzv dövlətlərini daha çox narahat etmiş kimi görünür. Pandemiyanın Avrasiya coğrafiyasındakı  davam etmәsi  birliyin fәaliyyәtlәrinә  və gələcəyinə birbaşa təsir edə bilər.



Әlaqәli Xәbәrlәr