Türk Şurasına üzv dövlətlərin ''Covid-19''a qarşı apardığı mübarizə

''Avrasiya gündəmi'' proqramının bu günkü hissəsində Covid-19-la mübarizə çərçivəsində Türk Şurasına üzv dövlətlər arasındakı həmrəyliyi qiymətləndirəcəyik.

1389310
Türk Şurasına üzv dövlətlərin ''Covid-19''a qarşı apardığı mübarizə
 
 

''Avrasiya gündəmi'' proqramının bu günkü hissəsində Covid-19-la mübarizə çərçivəsində Türk Şurasına üzv dövlətlər arasındakı həmrəyliyi qiymətləndirəcəyik.

 

Keçən ilin dekabr ayında Çində ortaya çıxan Covid-19 epidemiyası qısa müddət ərzində bütün dünyada yayılmağa başladı.COVID-19-un Şərqdən Qərbədək yayılması Avropa İttifaqının  və Amerika Birləşmiş Ştatları administrasiyalarının bu böhrana hazır olmadığını ortaya qoydu. Virusun yayıldığı əksər dövlətlər qapalı siyasət yürütməyə başladılar. Bu çərçivədə 10 illik tarixi olan Türk Şurası və təşkilata  üzv olan dövlətlərinin COVID-19 ilə mübarizədə həmrəyliyinə toxunmaq istəyirik.

Keçən il təşkilata üzv olan Özbəkistan Qırğızıstanda COVID-19 epidemiyasının baş qaldırması ilə Batken vilayətinə 500 qoruyucu vasitə (maska, xüsusi eynək və paltar) göndərdi.

Qırğızıstan-Qazaxıstan sərhədi bağlandıqdan sonra Almata hava limanında qapalı qalan qırğız vətəndaşları iki ölkənin Xarici İşlər Nazirlikləri arasında baş tutan  görüşlər  nəticəsində xüsusi avtobuslarla Bişkekə aparıldı. Bundan başqa Qazaxıstanda qalan TIR-lar da Qırğızıstana keçdi.

Azərbaycan səhiyyə naziri Oqtay Şirəliyev mart ayının 25-də yeni növ  COVİD-19-la bağlı test dəstlərini Türkiyə vasitəsilə əldə etdiklərini açıqladı.

Mart ayının 26-da Türkiyənin Bişkek şəhərində inşa etdiyi Qırğız-Türk Dostluq Xəstəxanasının  COVİD-19 ilə mübarizə çərçivəsində Qırğızıstan dövlətinə  təhvil verdiyi açıqlandı.Həmin  xəstəxanada 22 ədəd tənəffüs aparatı mövcuddur.


Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin  Bişkekdəki ofisi  keçən il Qırğızıstanın Batken rayon xəstəxanasının yoluxucu xəstəliklər şöbəsini təmir etmişdi. COVID-19 infeksiyasına  yoluxan  vətəndaşlar burada müalicə  olunur.

Martın ayının 27-də Macarıstan xarici işlər və xarici ticarət naziri Peter Szijjarto ölkəsinin COVİD-19 ilə mübarizə çərçivəsində Türk Şurasından  kömək istədiyini və bu çərçivədə Özbəkistanın özlərinə 150 min maska göndərdiyini, Türkiyənin maska istehsalında istifadə ediləcək 8 ton materialın Macarıstana ixrac edilməsinə  icazə verdiyini bildirdi.
Szijjarto deyib:  "Türkiyə və Özbəkistana verdikləri dəstəyə görə   minnətdarıq. Bunu həqiqi dostluğun əlaməti kimi görürəm''.

Türk Şurasına üzv dövlətlərin COVID-19 ilə mübarizədə həmrəyliyi yalnız təşkilata üzv və ya müşahidəçi dövlətləri ilə məhdudlaşmadı. Azərbaycan Çin, İran və Ukraynaya, Qazaxıstan və Qırğızıstan Çinə, Özbəkistan Çin, Əfqanıstan və İrana, Türkmənistan  İrana və Əfqanıstana kömək etdi.
Qeyd edək ki, Türk Cümhuriyyətləri  digər ölkələrdə yaşayan türk xalqlarının yanında olduqlarını göstərdilər.
Türkiyənin dost və qardaş ölkələrə COVİD-19 ilə mübarizə çərçivəsində etdiyi yardımlar ayrı bir proqramın mövzusu olduğu üçün bu proqramda  bunun detallarını qiymətləndirməyəcəyik.

Türk Şurasına üzv dövlətlər qəfildən  yayılan  pandemiya qarşısında həmrəylik nümayiş etdirdilər və bu müddətdə bir-birlərinin yanında olduqlarını göstərdilər. Hələlik  COVID-19 epidemiyasının dağıdıcı təshirinin  nə qədər davam edəcəyi məlum deyil, ancaq Türk Şurasına üzv dövlətlərin bir-birləri və qonşuları ilə həmrəylik içində bu virusun öhdəsindən gələcəyini vurğulaya bilərik.



Әlaqәli Xәbәrlәr