Rusiya-Ukrayna münasibәtlәrindәki son vәziyyәt

"Avrasiya gündәmi" proqramının  bu günkü hissәsindә Rusiya-Ukrayna münasibәtlәrindәki son vәziyyәti qiymәtlәndirәcәyik.

1348960
Rusiya-Ukrayna münasibәtlәrindәki son vәziyyәt

Avrasiya gündәmi_05_2020

           

 2020-ci ilin 20 yanvar tarixindә Vladimir Putinin Ukrayna mәsәlәlәri üzrә xüsusi nümayәndәsi Vladislav Surkovun istefa verәcәyi ilә bağlı xәbәrlәr yayılıb. 

Vladislav Surkov  1999-cu ildәn etibarәn çox әhәmiyyәtli vәzifәlәr icra edәn siyasәtçidir vә Kremlin ideoloqlarından biridir. Onun istefa verәcәyi ilә bağlı yayılan xәbәrlәr Rusiyanın Ukrayna ilә bağlı yürütdüyü siyasәtdә dәyişikliklәrin ola bilәcәyinә işarә edir.

2019-cu ildә Rusiya vә Ukrayna arasındakı münasibәtlәrin normallaşdığı müşahidә olunur. Tәrәflәr problemlәrin hәll edilmәsi istiqamәtindә danışıqlar aparmağa başladılar. 2019-cu ilin sentyabr ayında Ukrayna ilə Rusiya arasında əsir və girovların mübadiləsi olub, hər iki tərəfdən ümumilikdə 70 nəfər azad edilib. Rusiya tərəfindən 35, Ukrayna tərəfindən də 35 nəfər sərbəst buraxılıb.

2019-cu ilin 9 dekabr tarixindә  iki ölkәnin  liderlәri üç ildәn sonra ilk dәfә ‘‘Normandiya Kvarteti’’ zirvә görüşü çәrçivәsindә Parisdә tәkbәtәk görüşüblәr vә 200 nәfәrin dә azad edilmәsi, bölgәdә atәşkәsin tәmin edilmәsi vә növbәti zirvә görüşünün dörd ay sonra keçirilmәsi mövzularında razılıq әldә ediblәr.

Qazprom Ukraynanın Naftoqaz şirkәtinә olan 2.9 milyard dollar mәblәğindәki  borcunu ödәdi vә tәrәflәr 2020-ci ilin 1 yanvar tarixindә güvvәyә minәn yeni müqavilәyә imza atdılar.

2020-ci ilin 23 yanvar tarixindә Ukrayna millәt vәkili Viktor Medvedçuk ‘‘Normandiya  Kvarteti’’ nin parlamentin gündәminә daxil edilmәsi üçün fransalı millәt vәkillәri ilә müzakirә apardığını  vә onların bu fikri dәstәklәdiyini bildirib. O, hәmçinin qeyd edib ki, eyni mövzu ilә bağlı Almaniya vә Ruriya millәt vәkillәri ilә dә görüş keçirmәyi planlaşdırıram.

Rәsmi Kiyev vә rәsmi Moskva vaxtaşırı iki ölkә liderlәrinin görüş keçirdiyi ilә bağlı mәlumat yayır.  2020-ci ilin 24 yanvar tarixindә Dmitri Peskov bunu tәsdiqlәyib. Yanvarın 25-dә isә İsrail telekaanallarından birinә müsahibә verәn Vladimir Zelenski  Rusiya ilә danışıqların aparıldığını bildirib.

Bu müsbәt proseslәr 2020-ci ildә Ukrayna böhranının hәll edilmәsinә töhfә verә bilәr. Kremlin Ukrayna mәsәlәlәri üzrә xüsusi nümayәndәsi Vladislav Surkov Donbas-Ukrayna әlaqәlәrinin  hәll edilmәsi üçün sәylәr göstәrirdi. Bunun hәyata keçirilmәsi üçün Ukrayna konstitusiyasında dәyişikliklәr edilmәlidir. Ukrayna ictimaiyyәti  vә rәhbәrliyinin belә bir addım atmaları mövcud şәrtlәrdә mümkün  görünmür.

Digәr tәrәfdәn  15 yanvar tarixindә Vladimir Putinin Federasiya Mәclisindә dilә gәtirdiyi ‘‘Ölkәnin mәnfәәtlәrinә zidd olan beynәlxalq tәşkilat qәrarını qәbul etmәmәyә  dair qanun dәyişikliyinin edilmәsi’’ birbaşa Ukrayna böhranı ilә bağlıdır.

Qeyd edәk ki, 2018-ci ildә 270, 2019-cu ildә isә 300 min Ukrayna vәtәndaşı Rusiya Federasiyası vәtәndaşlığına keçib.

Ukrayna böhranında irәlilәyişin әldә olunması Türkiyәnin faydasınadır.

Türkiyәnin  hәm Ukrayna, hәm dә Rusiya ilә yaxşı әlaqәlәri var. Sözügedәn ölkәlәr arasında sülh  tәmin olunmadan Qara dәnizdә tәhlükәsizliyin tәmin edilmәsi imkansızdır. Türkiyәnin vә bölgәnin enerji tәhlükәsizliyi  dә bölgәdә sülhün daimi olmasından asılıdır. Krım Türklәrinin hüquqlarının müdafiәçisi olan Türkiyә Ukrayna böhranı ilә bağlı proseslәri diqqәtlә tәqib edәcәk.

Vladimir Zelenskinin dilә gәtirdiyi kimi Donbasdakı toqquşma Ukrayna-Rusiya münasibәtlәrindә bir yara izi olaraq qalmağa davam edәcәk. Ancaq iki qardaş vә qonşu ölkәnin problemi öz aralarında hәll etmәyә cәhd göstәrmәsi doğru  bir addımdır. Türkiyә rәsmi Kiyev vә Moskvanın bu mövzunun hәll edilmәsi üçün göstәrdiyi  sәylәri dәstәklәyәcәk.



Әlaqәli Xәbәrlәr