Rusiya prezidenti Vladimir Putinin Türkiyə səfəri

2020-ci il yanvarın 7-də Rusiya Federasiyası prezidenti Vladimir Putin “Türk-axını” qaz boru kəmərinin açılış mərasimində iştirak etmək üçün İstanbula gəldi.

1340700
Rusiya prezidenti Vladimir Putinin Türkiyə səfəri

Avrasiya gündəmi_03_2020

2020-ci il yanvarın 7-də Rusiya Federasiyası prezidenti Vladimir Putin “Türk-axını” qaz boru kəmərinin açılış mərasimində iştirak etmək üçün İstanbula gəldi. “Türk-axını” Türkiyənin enerji nəqliyyatında mərkəzi ölkə olma xüsusiyyətini gücləndirəcək və Şərqi Avropanın enerji ehtiyacını ödəyəcək əhəmiyyətli bir layihədir. Bu xəttin istismara verilməsi üçün yanvarın 8-də mərasim keçirildi. “Mavi axın”, “Türk axını”, TANAP layihələrilə Türkiyə şərqin enerjisinin Qərbə çatdırılmasında açar ölkə mövqeyinə çıxdı. Orta Şərqdə sülhün yaranmasından sonra o bölgənin təbii qaz və nefti də ən ucuz maliyyətlə Türkiyə üzərindən  Qərbə daşına bilər. Əslində xarici qüvvələrin bölgəni davamlı qarışdırma planları da bu planların həyata keçirilməsinə mane olmaq və bölgənin inkişafına əngəl olmaq üçündür.

Putinin Türkiyəyə səfərinə əhəmiyyət qazandıran başqa mövzu isə Türkiyə və Rusiyanın bir-birinə yaxınlaşması və münasibətilə regional problemlərdə nəzər ziddiyyətlərinə baxmayaraq dialoq qura və  həll yolları tapa bilmələridir. Nəticədə Putinin İstanbul səfəri zamanı iki ölkə liderlərinin görüşündə bölgənin qanayan başqa yarası olan Liviya üçün bir qərar da qəbul edildi. Belə ki, Liviyada 12 yanvardan başlamaqla atəşkəsin təmin olunması qərara alındı. Bu çərçivədə iki lider 12 yanvar 2020-ci il tarixində telefonla da danışdılar. Atəşkəs qərarının Liviyada sabitliyin təmin olunması və təşəbbüs qaldırma üstünlüyünün Türkiyə və Rusiyanın əlinə keçməsi mövzusunda əhəmiyyət kəsb edəcəyi söylənə bilər.

Tərəflər İstanbulda Suriyadakı probleminin həllini də müzakirə etdilər. Putinin İstanbula gəlməmiş Dəməşqə gözlənilməyən səfər reallaşdırması Suriya probleminin həlli çərçivəsində gələcəkdə daha konkret addımların atılması ehtimalına işarə edir. Rusiya, Türkiyə və Suriya arasında vasitəçi ola bilər.

ABŞ-ın 3 yanvar tarixində İraqda Qasım Süleymani və komandasını vurması və daha sonra İranda baş verən hadisələr Türkiyə və Rusiyanın İranla bağlı böhran mövzusunda da məşvərətlərini artırmasına səbəb olmuşdur. Bölgənin qabaqcıl ölkələri olaraq Türkiyə və Rusiya İrana kənardan müdaxilə edilməsinə icazə verməyəcəkdir. Çünki İranda böhranın olması həm Türkiyə həm Rusiyanın zərərinədir. İranın cari il tez-tez Türkiyə və Rusiyanın gündəmində olacağı aydındır.

İstanbulda yanvarın 7-də açılış keçirilən mərasimdə Serbiya prezidenti Aleksandr Vuçuç və Bolqarıstanın baş naziri Boyko Borisov da iştirak etdi. Dörd lider açılış mərasimindən sonra birlikdə yemək yedilər. Türkiyə və Rusiya həm enerji, həm də Qara dənizin problemlərinə görə Şərqi Avropa bölgəsi məsələlərində də bundan sonra daha fəal rol oynaya bilərlər.

İki ölkə liderlərinin İstanbulda vurğuladıqları kimi Türkiyə və Rusiya nəzər ziddiyyətlərinin ortaq maraqlarına mane olmasına icazə vermədilər. Enerjidən tikintiyə, turizmdən ticarətə müxtəlif sahələrdə ikitərəfli əlaqələr inkişaf etmədə davam edir. Çoxqütblü dünya öz pulları ilə ticarət, bölgə problemlərinin bölgə ölkələri tərəfindən həlli kimi müxtəlif mövzularda  tərəflərin razılaşa bildikləri görülür. Bununla yanaşı həll edilməyi gözləyən başqa problemlər də az deyil. İstanbuldakı zirvə yığıncağına regional problemlər öz möhrünü vurduğu üçün ikitərəfli əlaqələri maraqlandıran vizasız rejim, sərbəst ticarət, ixrac məhsullarına nəzarət və kvotalar, ikili vətəndaşlıq kimi mövzular gündəmə gətirilə bilmədi.

Türkiyə və Rusiyanın son illərdə inkişaf etdirdiyi əməkdaşlıq regional sülh və sabitliyin zəmanəti olmaqda davam edir. Şərqi Avropadan Şərqi Aralıq dənizinə, Balkanlardan Orta Şərqə, Orta Asiyadan Qafqaziyaya qədər olan bölgələrdə Türkiyə-Rusiya əməkdaşlığı davam etdirilə bilsə, başqa xarici qüvvələrin bu bölgələrdəki təsiri azalacaq və bölgə liderləri öz taleylərini istiqamətləndirmə hüququna sahib olacaqlar.



Әlaqәli Xәbәrlәr