2020-ci ildә Türkiyә ilә Avrasiya coğrafiyasındakı ölkәlәr arasındakı münasibәtlәr

Abdrasul İsakov vә Güldana Murzakulova tәrәfindәn hazırlanan ‘‘Avrasiya gündәmi’’ proqramı.

1330615
2020-ci ildә Türkiyә ilә Avrasiya coğrafiyasındakı ölkәlәr arasındakı münasibәtlәr

Avrasiya gündəmi_01_2020

2020-ci ildә Türkiyә ilә Avrasiya coğrafiyasındakı ölkәlәr arasındakı münasibәtlәrdә nәlәr baş verәcәk? 

Son illәrdә Türkiyәnin Avrasiya coğrafiyasındakı ölkәlәri ilә olan münasibәtlәrindә irәlilәyiş әldә olunub. Bu, ikitәrәfli vә regional mәsәlәlәrin hәll edilmәsi baxımından  әhәmiyyәt kәsb edir. Türkiyәnin Xarici İşlәr Nazirliyinin yeni dövrdә Asiya ölkәlәri ilә әlaqәlәrin yeni bir sәviyyәyә çatdırılacağı  ilә bağlı açıqlaması Türkiyә-Avrasiya ölkәlәri arasındakı münasibәtlәrdә irәlilәyişin әldә olunacağından xәbәr verir.   

Azərbaycan daha əvvəlki illərdə olduğu kimi Türkiyənin Xəzəryanı ölkәlәrә  açılan qapısı olmağa davam edəcək. Türkiyə və Azərbaycanın birgә  inkişaf etdirdiyi üçlü mexanizmlər 2020-ci ildə də davam etdiriləcəkdir.

Rusiya Federasiyası Avrasiyanın әn önәmli ölkәlәrindәn biridir. Türkiyә-Rusiya münasibәtlәri son illәrdә yüksәk sәviyyәdәdir. Türkiyә Rusiyadan S-400 zenit-raket kompleksi alaraq ikitәrәfli münasibәtlәri daha da inkişaf etdirdi. Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan  vә Rusiya prezidenti Vladimir Putin son üç il әrzindә tәxminәn 50 dәfә telefon әlaqәsi saxlayıblar,  20-dәn  çox da tәkbәtәk görüş keçiriblәr. Bu görüşlәr ikitәrәfli münasibәtlәrin sәmәrәli olduğunun göstәricisidir. Rusiya-Türkiyә arasındakı әmәkdaşlıq Suriya probleminin hәlli baxımından da әhәmiyyәtlidir. Bu çәrçivәdә 2020-ci ilin  Türkiyә-Rusiya әlaqәlәri baxımından sәmәrәli olacağını deyә bilәrik. Rusiya prezidenti Vladimir Putin 2010-ci ilin 8 yanvar tarixindә Türkiyәyә sәfәr edәcәk. Bu, Vladimir Putinin 2020-ci ildә xarici ölkәyә edәcәyi ilk sәfәr olacaq.  Vladimir Putin hәmçinin Zәfәr Bayramının 75-ci ildönümü münasibәtilә Rәcәb Tayyib Әrdoğanı Rusiyaya dәvәt edib. 

2019-cu ildә yeni prezidentini seçәn Ukrayna ilә Türkiyә arasındakı әlaqәlәr yaxşı sәviyyәdәdir. Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenski  avqustun 7-dә Ankaraya ilk rәsmi sәfәrini edib. Hәr iki ölkә Qara dәnizin tәhlükәsizliyi, Krım mәsәlәsi, Pravoslav kilsәsi kimi әhәmiyyәtli regional mövzularda bir-birini dәstәklәyir. 2020-ci ildә dә iki ölkә arasındakı әlaqәlәrin eyni sәviyyәdә davam etmәsi gözlәnilir.

Belarus ilә Türkiyә arasındakı münasibәtlәr dә yüksәk sәviyyәdәdir. Belarus prezidenti Aleksandr Lukaşenko  2019-cu ilin 16 aprel tarixindә Türkiyәyә sәfәr etmişdi. Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğanın 2020-ci ildә Ukrayna vә Belarusa sәfәr etmәsi mәsәlәsi gündәmә gәlә bilәr.

2020-ci ildә Türkiyәnin Qafqazdakı qonşusu olan Gürcüstan ilә әlaqәlәri daha da inkişaf edәcәk. Bakı-Tbilisi-Qars dəmir yolu məhsuldarlığı artıracaq və şərqdəki neft Bakı-Tbilisi-Ceyhan və TANAP boru kəməri vasitәsi  ilə qərbə nəql ediləcəkdir.

2019-ci ildə İqtisadi Əməkdaşlıq Təşkilatına sәdrlik Türkiyәyә keçib. Bu Türkiyәyә  regional vә qlobal problemlәrә hәll yolları axtarma vә öz tezislәrini irәli sürmәk üçün imkan verәcәk. Türkiyə həmçinin ‘‘Asiyanın Qәlbi – İstanbul’’ prosesinin hәmsәdridir.

Türkiyә 2020-ci ildә Özbәkistanın üzv, Türkmәnistanın isә müşahidәçi ölkә olduğu Türk Şurası ilә bağlı fәaliyyәtlәrini davam etdirәcәk. Türk Şurasının 2020-ci ildә təşkil edilәcәk zirvә görüşü Türkiyәdә keçirilәcәk. IV Dünya Köçәri Oyunlarının da 2020-ci ildә Türkiyәnin Bursa şәhәrindә keçirilәcәyi bildirilir. Qazaxıstanın yeni prezidenti Qasım Cömәrd Tokayevin Türk Şurasının yığıncağından әvvәl vә ya 2020-ci ildә Türkiyәyә ilk rәsmi sәfәrini edә bilәr.

Türk  Dünyasının lider mövqeyindәki ölkәsi olan Türkiyә 2020-ci ildә Özbәkistana Türk Dünyasının beynәlxalq quruluşları olan TÜRKPA, TÜRKSOY, Türkiyә Mәdәniyyәt vә Miras Vәqfi, Türk Akademiyasına qatılması vә әmәkdaşlığını inkişaf etdirmәsi mәsәlәsindә kömәk edәcәkdir. Türkiyәnin Özbәkistan iqtisadiyyatına yatırdığı investisiyalar iki ölkә arasındakı әlaqәlәri qısa müddәtdә yüksәk sәviyyәyә çatdırdı.

Türkiyәnin Türk Şurasının yığıncağına ev sahibliyi etmәsi Türkmәnistanın  Türk Dünyası ilә bütünlәşmәsi üçün bәzi addımlar atmasına sәbәb ola bilәr.

Qeyd edәk ki, Türkmenistan prezidenti Qurbanqulu Berdimәhәmmәdov 2019-cu ilin 6 dekabr tarixindә Türkiyә ilә әmәkdaşlığı  inkişaf etdirmәyә әhәmiyyәt verәcәklәrini açıqlamışdı. Yeri gәlmişkәn qeyd etmәk lazımdır ki, 2019-cu ildә  TÜRKPA-ya sədrlik Türkiyədən Azərbaycana keçib. Türkiyәnin  2020-ci ildә tәşәbbüskar vә humanitar sahәdәki xarici siyasәtini davam etdirmәsi gözlәnilir.



Әlaqәli Xәbәrlәr