Anadoluda xristianlığa ev sahibliyi etmiş qədim şəhərlər

Anadolu ərazilərində yerləşən və dünyada ən qədim istehkam məbəd kompleksinə ev sahibliyi edən və 12 min il keçmişə əsaslandırılan Göbəklitəpənin insanların toplaşdıqları müqəddəs bir yer olduğu fikiri hakimdir.

1725379
Anadoluda  xristianlığa ev sahibliyi etmiş qədim şəhərlər

Anadolu ərazilərində yerləşən və dünyada ən qədim istehkam məbəd kompleksinə ev sahibliyi edən və 12 min il keçmişə əsaslandırılan Göbəklitəpənin insanların toplaşdıqları müqəddəs bir yer olduğu fikiri hakimdir. Lakin aparılan arxeologi qazıntılar nəticəsində gün işığına çıxanlar da dövrün insanlarının inancları ilə əlaqəli olduğu bir yer olduğu düşüncəsini gücləndirir. Kim bilir bəlkə də əsrlər əvvəl ulubabalarımız burda dini mərasimlər təşkil edib, qurbanlar kəsiblər. Xülasə deməli olsaq sirri hələ də konkret olaraq açıqlana bilməyən bu yer bəlkə də insanlığın ən qədim ibadətgahı idi.

Əslində bu ərazilər ilahələrin də yurdu olub. Ana ilahə Kibela inancı bu torpaqlarda çiçəklənib. Yunan mifologiyasının tanrıları Homer tərəfindən yaradılmış və vəzifələri, adları bu məşhur şair tərəfindən verilmişdir. Bunu biz yox qədim dövrün məşhur mütəfəkkiri Platon irəli sürüb.

Anadolu çoxtanrılı dinlərə olduğu kimi təkallahlı dinlərə də ev sahibliyi edir. Dinlərin tarixi ilə bağlı nəsə demək istəyənlərin, bundan imtina edə bilməyəcəkləri bir coğrafiya olan Anadolu sivilizasiyaların, mədəniyyətlərin, tarixin və dinlərin bir-birini izləyib və bir-birinə qarışdığı yerdir. Bu səbəbdəndir ki, “dinlərin beşiyi” adlanır. Yəhudilərin, xristianların və müsəlmanların ibadət və müqəddəs hesab etdikləri məkanların ümumiyyətdə bu ərazilərdə yerləşməsi insanları təəccübləndirir. Anadolu Qüdsdən sonra Xristianlığın ikinci əhəmiyyətli mərkəzidir. Çünki zülmdən qaçan həvarilər və bu dinin qabaqcıl mənsubları Anadoluya köçərək dini yaymaq üçün uyğun bölgələrdə məskunlaşsalar da Roma İmperatorluğunun hökm sürdüyü Anadoluda yaxşı qarşılanmadılar. Elə ki, kimlikləri ortaya çıxanda öldürüldülər. İsa çarmıxa çəkildikdən sonra anası Hz. Məryəmi Efesə gətirən həvarilərdən Yuhenna digər adı ilə “St John” burada xristianlığı yaymağa çalışdı. Lakin qısa müddət sonra tutulan Yuhunna yunan adalarından birinə sürgün edildi. Xristianların inancına görə Yuhenna (St John) sürgün həyatı yaşarkən ona Hz. İsadan xüsusi bildirişlər gələr. O, bu bildirişləri məktublar yazaraq yeddi xristian camaatına ünvanlar. Lakin Xristiyanlar üçün xüsusi əhəmiyyətə malik olan və müqəddəs hesab edilən bu məktubların göndərildiyi bütün yerlər Qərbi Anadoluda, yəni İzmir, Manisa və Dənizli sərhədləri daxilində yerləşirlər.

Bu gün qiyamət günü belə dağılmayacağına inanılan “Yeddi Kilsələr”, digər adları ilə deməli olsaq “Apokaliptik Kilsələr” və ya “Məhşərin Yeddi kilsəsi” barədə söhbət etmək istəyirik.

Xristianlar tərəfindən ən çox müqəddəs qəbul edilən həcc mərkəzlərinin çoxu Anadoluda yerləşir. Bunlar arasında ən çox əhəmiyyətə malik olanı isə “Yeddi Kilsələrdir”. Yuhenna məktublarını xristixan camaatına göndərdiyi dövrdə qərbi Anadoluda kilsə yox idi. Ancaq məktublarda kilsədən söz aparılması, məktubların Anadoludakı yeni dinin camaatlarına ünvanlandığını göstərir.

Günümüzdə ziyarət edilən tikililər simvolik olaraq Bizans dövründə sonradan tikilmiş monumental kilsələrdir. Müqəddəs Yuhenna ilk məktubunu qədim dünyanın mühüm və möhtəşəm liman şəhəri, Roma İmperiyasının Asiya Dövlətinin paytaxtı Efesə göndərir. O, bu ilk məktubu ilə xristianlığı təbliğ etməyə, insanları xristianlığa yönəltməyə çalışır. Dövrünün ən böyük metropollarından olan və bütpərəstlərin sıx yaşadığı Efes bir çox baxımdan əhəmiyyətə malik idi. Xristianlığın prinsiplərinin müəyyən edildiyi 3-cü Şura bu şəhərdə toplanıb. Hz. Məryəmin son illərini keçirdiyi güman edilən Bülbül dağındakı ev də, YUNESKO-nun Dünya İrsi siyahısında olan Efes Qədim Şəhərin yaxınındadır. Həm xristianlıqda, həm də islamda bəhs edilən “Yeddi yatmışlar mağarası” ilə Müqəddəs Yuhennanın abidə məzarı bu bölgədə yerləşib.

Yuhenna ikinci məktubu Simirnaya, yəni İzmirə ünvanlar. Coğrafiya elminin qabaqcıllarından Strabon İzmiri “bütün şəhərlərin ən gözəli” kimi təsvir edib. Simirnalılar isə açıq ərazilərdəki abidələrin və sikkələrin üzərinə “Asiya əyalətinin birincisi”, “İoniyanın ornamenti” yazıblar. Teatrı, gimnaziyası, hamamları və limanları ilə həmişə diqqət mərkəzində olan şəhər tarix boyu siyasi və ticari əhəmiyyətini qorumuşdur.

Üçüncü məktub isə Perqamona, yəni Berqamaya ünvanlanır. Bu şəhər qədim dünyanın aparıcı mədəniyyət və incəsənət mərkəzlərindən biri idi. Antik dövrün ən sıldırım teatrı və Anadolunun ilk və ən əhatəli xəstəxanası hesab edilən məbəd bu şəhərdədir. Şəhərin ən əhəmiyyətli abidəsi isə Zevs qurbangahıdır. Üçüncü məktubda bu qurbangahdan “şeytanın taxtı” deyə söz aparılıb. Roma Dövründə Misir tanrıları üçün kərpicdən tikilən Qırmızı Eyvan, Bizans dövründə "Yeddi Kilsəyə" həsr olunmuş kilsə kimi istifadə edilməyə başlanıb.

Yuhenna yeddi məktubun ən uzununu Manisanın Akhisar rayonundakı Tiyatira ünvanlayır. Antik dövrdə istehsal etdiyi bənövşəyi parçalarla məşhur tekstil mərkəzi olan qədim şəhər qladiator döyüşlərinə ev sahibliyi edib.

Yuhenna üçüncü məktubunda özünü peyğəmbər elan edən və camaatı əxlaqsızlığa sövq edən bir qadının adını çəkərək şəhər əhalisini xəbərdar edər.

Növbəti məktub dünyanın ilk bankının qurulduğu Lidiya krallığının paytaxtı Sardisə ünvanlanır. Yuhenna bu məktubunda Sardisdəki mömin camaatdan özlərini islah etməyi, qəflət yuxusundan oyanmağı tələb edər.

6-cı məktubun göndərildiyi Filedelfiya Kilsəsi Anadolunun qərbi ilə daxili bölgələri arasında əhəmiyyətli bir ticarət mərkəzidir. Üzümü, tekstili və dəri məmulatları ilə məşhur olan bu qədim şəhər Manisa Alaşehir sərhədləri daxilində yerləşir.

Yuhenna son məktubu günümüzdə Dənizli vilayətinin sərhədləri daxilində yerləşən və YUNESKO-nun Dünya Təbii və Mədəni İrsi Siyahısında olan Laodikiya göndərir və şəhər əhalisini “hansı dinə mənsub olduğunuzu bilmədən yaşamaq boşa çıxan bir həyatdır” ifadəsi ilə təhqir edər.

Anadolu arxaik dövrdən bəri “tanrılar diyarı” kimi tanınır. Çoxallahlı dinlərdən monoteist dinlərə qədər ötən müddət ərzində həm müsəlmanlar həm də xristianlar üçün saysız-hesabsız müqəddəs adibələrə ev sahibliyi edər. Dünyanın müxtəlif ölkələrindən turistlər bu abidələri həm dini, həm də mədəni məqsədli olaraq ziyarət edirlər. Xristianlığın müqəddəs kitabı İncildə bəhs edilən “Yeddi kilsə” isə bu dinin mənsubları üçün xüsusi əhəmiyyət daşıyır. Müqəddəs Yuhenna Roma İmperiyası dövrünün ən zəngin və ən çox əhalisi olan şəhərlərində gizlənən xristianlara məktublar göndərir. O, məktublar vasitəsilə yeni dini yaymağa çalışır, haqsızlıq edənləri xəbərdar edir, zülm və çətinliklər qarşısında dözənlərin Allah tərəfindən mükafatlandırılacağını bildirir.

Hamısı Anadolu ərazilərində yerləşən bu qədim şəhərlər, şahidi olduqları dövrləri və yaşananları əsrlər sonra ziyarətçiləri ilə bölüşürlər.



Әlaqәli Xәbәrlәr