Üç ölkə arasında Bakı bəyannaməsi imzalanıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiye və Gürcüstan XİN başçıları ilə birgə keçirilən mətbuat konfransında çıxış edib.

2116005
Üç ölkə arasında Bakı bəyannaməsi imzalanıb

Azərbaycan, Türkiye və Gürcüstan arasında Bakı bəyannaməsi imzalanıb.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyə və Gürcüstan XİN başçıları ilə birgə keçirilən mətbuat konfransında deyib.

O vurğulayıb ki, hər üç ölkənin beynəlxalq platformalar çərçivəsində bir-birini dəstəkləməsi siyasi dialoqa töhfə verən amildir: “Azərbaycan, Türkiye və Gürcüstan arasında olan əməkdaşlıq nümunəvi münasibətlərdir. Bu gün imzalanan Bakı bəyannaməsi əlaqələrin inkişafına daha da töhfə verəcək”.

Nazir deyib ki, Bakı-Tbilisi-Qars, Cənub Qaz Dəhlizi artıq bir reallıqdır və çoxsaylı tərəfdaşlara böyük imkan yaradır.

XİN başçısı qeyd edib ki, Azərbaycan həm Türkiye, həm də Gürcüstanda əsas investorlardandır: "Ölkəmizin tranzit potensialından istifadə edərək daha geniş nəqliyyat qovşaqlarının yaradılması sahəsində də bu gün razılığa gəldik. Yaxın dövrdə yeni və çox ciddi anonslara səbəb olacaq xəbərlərin şahidi olacağıq. Alternativ enerji sahəsində də birgə böyük uğurlara imza atacağıq”.

C.Bayramov söyləyib ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) Azərbaycan, Türkiye və Gürcüstan arasında yeni əməkdaşlıq sahələrinə imkan yaradır.

Nazir həmçinin  vurğulayıb ki, Ermənistan revanşist addımlardan çəkinməlidir.

Nazir bildirib ki, bu gün Türkiye və Gürcüstandan olan həmkarları Hakan Fidan və İliya Darçiaşvili ilə görüşdə həm də Ermənistanla normallaşma prosesi, işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi, sülh quruculuğu sahəsində Azərbaycanın atdığı addımlar da müzakirə edilib.

“Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunduqdan sonra sülh üçün tarixi imkan yaranıb. Sülh üçün beynəlxalq hüquq normalarına tam əməl olunmalıdır”, - XİN başçısı söyləyib.

 



Әlaqәli Xәbәrlәr