Türkiye və Azərbaycan arasında hərbi əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

Türkiyenin milli müdafiə nazirinin müavini Celal Sami Tüfekçi Azərbaycanda səfərdədir.

2090004
Türkiye və Azərbaycan arasında hərbi əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

Türkiyenin milli müdafiə nazirinin müavini Celal Sami Tüfekçi Azərbaycanda səfərdədir. 

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov nazir müavini Celal Sami Tüfekçinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, nazir Zakir Həsənov iki qardaş ölkə arasında digər sahələrdə olduğu kimi hərbi sahədə də əməkdaşlığın daim inkişaf etdiyini bildirib. Ölkələrimiz arasında strateji müttəfiqliyin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu xüsusi vurğulayıb.

Müdafiə naziri ölkələrimiz arasında əməkdaşlığın yüksək səviyyəyə çatmasında hər iki dövlət başçısının səmimi münasibətlərinin əvəzsiz rolu olduğunu qeyd edib.

Türkiyenin milli müdafiə nazirinin müavini Celal Sami Tüfekçi isə öz növbəsində Azərbaycana səfərindən məmnunluğunu ifadə edib. Ölkələrimiz arasında qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini bildirib.

Türkiyenin Azərbaycandakı səfiri Cahit Bağcının və Türkiyenin müdafiə sənayesi şirkətləri rəhbərliyinin də iştirak etdiyi görüşdə hərbi təchizat sahəsində birgə layihələrin əhəmiyyəti qeyd olunub. Ölkələrimiz arasında hərbi, hərbi-texniki və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi, həmçinin regional təhlükəsizlik məsələləri müzakirə edilib.



Әlaqәli Xәbәrlәr