İraq türkmənləri seçkilərdən niyə gözlədikləri nəticəni ala bilmədilər?

İraq Türkmən Cəbhəsinin (İTC) sədri Həsən Turan deyib ki ...

2085329
İraq türkmənləri seçkilərdən niyə gözlədikləri nəticəni ala bilmədilər?

 

  İraq Türkmən Cəbhəsinin (İTC) sədri Həsən Turan deyib ki, türkmənlər 2023-cü ilin 18 dekabrında İraqda keçirilən yerli seçkilərdən gözlədikləri nəticəni ala bilməyiblər.

  İTC-nin sədri H.Turan bildirib: “İraqda 10, Kərkükdə isə 18 ildən sonra keçirilən yerli seçkilərin nəticələri gözlənilən kimi olmadı. Xüsusilə, Kərkükdə nəticələrə təsir edən mühüm amillər var idi. Seçici siyahılarına baxılmaması nəticələrə birbaşa təsir etdi.

  Elektron səsvermə zamanı cihazlar bəzi türkmən seçicilərinin barmaq izlərini oxumadı. Xüsusilə, 50 yaşdan yuxarı seçicilər bu problemlə üzləşdi və səsləri itirildi.

  Kərkükdən olmayan və şimal şəhərlərindən gələn 260 min seçicinin səs verdiyini öyrəndik. Bu rəqəm kifayət qədər yüksəkdir. Məsələ ilə bağlı İraq Federal Məhkəməsinə müraciət etdik”.

  Qeyd edək ki, dekabrın 18-də İraq federasiyasında keçirilən seçkilərə İraq Kürd Regional İdarəçiliyi şəhərləri daxil olunmayıb. Təxminən 16 milyon adamın səsvermə hüququna malik olduğu seçkilərdə müxtəlif partiya və ittifaqlardan ümumilikdə 5904 namizəd 275 yer uğrunda mübarizə aparıb. 275 yerdən 70-i qadın namizədlər üçün ayrılıb.

  İraqda ən böyük şiə bazasına malik dini və siyasi başçı Müqtəda əs-Sədr seçkiləri boykot edib.   

 



Әlaqәli Xәbәrlәr