Hakan Fidan TDT-ni Şimali Kıbrıs Türk Cümhuriyyətinə dəstək olmağa çağırıb

Hakan Fidan Astanada Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib.

2059974
Hakan Fidan TDT-ni Şimali Kıbrıs Türk Cümhuriyyətinə dəstək olmağa çağırıb

"Türkiye Azərbaycanın yanında olmağa davam edəcək".

Bunu xarici işlər naziri Hakan Fidan Astanada Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışı zamanı deyib.

“Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında əməkdaşlığın sürətlə institusionallaşması və dərinləşməsi bizi çox sevindirir. Orta Dəhlizin investisiya baxımından daha cəlbedici olması və Transxəzər ehtiyatlarının, xüsusilə Türkmənistan təbii qazının Türkiye və Avropaya nəqli üçün səylərin göstərilməsi, bu baxımdan, çox vacibdir”, - deyə nazir əlavə edib.

H.Fidan Təşkilata "Kıbrıs (Kipr) Türk xalqına tətbiq edilən ədalətsiz və insanlıqdan kənar təcridin qarşısında birlikdə olmalıyıq" deyərək Şimali Kıbrıs Türk Cümhuriyyətinə dəstək çağırışı edib.

 



Әlaqәli Xәbәrlәr