Hakan Fidan Şuşada İqtisadi Əməkdaşlıq Təşkilatının iclasına qatılıb

Xarici işlər naziri Hakan Fidan İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının 27-ci iclasında iştirak etmək üçün Azərbaycanda səfərdədir.

2049006
Hakan Fidan Şuşada  İqtisadi Əməkdaşlıq Təşkilatının iclasına qatılıb
hakan fidan-pakistan disisleri bakani Jalil Abbas jilani.jpg

Xarici işlər naziri Hakan Fidan İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının 27-ci iclasında iştirak etmək üçün Azərbaycanda səfərdədir.

Füzuli Beynəlxalq Hava Limanında nazir Fidanı həmkarı Ceyhun Bayramov qarşılayıb.

Şuşada keçirilən iclasda 2023-cü ildə İƏT çərçivəsində görülən işlər və onun nəticələri qiymətləndirilib, İƏT-in gündəliyindəki məsələlər də müzakirə olunub.

İclasda çıxış edən Hakan Fidan İsrail-Fələstin münaqişəsi ilə bağlı açıqlamasında deyib:

"Mülki şəxslərə qarşı hücumları pisləyir və bölgədə sülhün qorunmasına böyük əhəmiyyət veririk”. 

Təşkilatın Nazirlər Şurasına sədrlik Azərbaycandan İrana keçib.

İclasda Azərbaycan, Özbəkistan, Qazaxıstan, Pakistan, Tacikistan xarici işlər nazirləri, İran və Qırğızıstan xarici işlər nazirlərinin müavinləri iştirak ediblər.

İclasda Türkmənistanı da onun Azərbaycandakı səfiri təmsil edib.

İclasda İƏT-də müşahidəçi statusuna malik Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyətinin xarici işlər naziri Tahsin Ərtoğruloğlu da iştirak edib.

Nazir Fidan təmasları çərçivəsində Pakistanın xarici işlər naziri Cəlil Abbas Cilani ilə görüşüb.

Xarici işlər naziri Fidan Azərbaycanda təmaslarından sonra Türkmənistana rəsmi səfər edəcək.

Nazirlikdən verilən yazılı açıqlamada "Nazirimiz Türkmənistan Nazirlər Şurası sədrinin müavini və xarici işlər naziri Rəşid Meredovun dəvəti ilə oktyabrın 10-11-də Türkmənistanda rəsmi səfərdə olacaq. Səfərdə dost və qardaş Türkmənistanla  ikitərəfli münasibətlərimlə yanaşıgündəmdəki regional və beynəlxalq hadisələr müzakirə olunacaq” deyilib.



Әlaqәli Xәbәrlәr