Əliyev-Paşinyan görüşü İspanyada gözlənilir

İspaniya Baş Nazirliyi və Aİ-nin Dövri Sədrlik Koordinasiya Ofisinin məlumatlarına görə ...

2045446
Əliyev-Paşinyan görüşü İspanyada gözlənilir

 

  Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın oktyabrın 5-də İspaniyanın Qranada şəhərində Avropa Siyasi Birliyinin 3-cü iclasında görüşü gözlənilir.

  Avropa İttifaqının dövri sədri İspaniyanın ev sahibliyi ilə Qranadada keçiriləcək 3-cü iclasın əsas gündəm mövzularından biri Azərbaycan-Ermənistan məsələsi olacaq.

  İspaniya Baş Nazirliyi və Aİ-nin Dövri Sədrlik Koordinasiya Ofisinin məlumatlarına görə, Əliyev-Paşinyan görüşündə Avropa İttifaqı Şurasının sədri Şarl Mişel, Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolzun iştirakı gözlənilir.

  Eyni mənbələr Aİ-nin “Azərbaycan və Ermənistan arasında problemlərin həllində vasitəçi olmaq istəmədiyini, sadəcə milli suverenliyi qoruyan və beynəlxalq hüquqa uyğun gələn daimi, ədalətli sülhü təşviq etmək istədiyini" bildiriblər.



Әlaqәli Xәbәrlәr