Yevlaxda tarixi görüş baş tutdu

Yevlax quberniyasının binasında keçirilən görüşün təfərrüatları ilə bağlı hələlik açıqlama verilməyib. (YENİLƏNİB)

2040404
Yevlaxda tarixi görüş baş tutdu

  Sentyabrın 21-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının dəvəti ilə Yevlax şəhərində Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə keçirilən görüş başa çatıb.

  Xankəndi-Ağdam marşrutundan istifadə edən erməni nümayəndələri Rusiya Sülhməramlı Qüvvələrinin rəsmiləri və Azərbaycan Polisinin müşayiəti ilə Yevlaxa gəliblər.

Qarabağdakı erməni əhalisinin Azərbaycana inteqrasiyası məsələlərinin müzakirə edildiyi Yevlax quberniyasının binasında keçirilən görüşün təfərrüatları ilə bağlı hələlik açıqlama verilməyib.

  Bu tarixi toplantı Qarabağa yaxın ərazidə yerləşən Yevlax Rayon İcra Hakimiyyətində keçirilib.

  Danışıqlarda Azərbaycan tərəfdən prezident İlham Əliyevin Qarabağdakı ermənilərlə təmaslara məsul nümayəndəsinin müavini Ramin Məmmədov, Qarabağ ermənilərini təmsil edən David Melkumyan və Sergey Martirosyan və Rusiya Sülhməramlı Qüvvələrinin rəsmisi iştirak edib.

  Qarabağ və Cənubi Qafqazdakı vəziyyətə təsir edəcək bu görüşü Azərbaycan və Türkiyə mətbuatı ilə yanaşı, xarici media nümayəndələri də yaxından izləyir və yazır.

  İclasın əsas gündəliyi Qarabağ ermənilərinin Azərbaycana inteqrasiyasıdır.

  Xatırladaq ki, Azərbaycan ordusu konstitusiya quruluşunun bərpası məqsədilə sentyabrın 19-da Qarabağda antiterror əməliyyatına başladı. Qarabağda qanunsuz erməni silahlı birləşmələri 24 saat davam edən əməliyyatdan sonra silahlarını yerə qoyub. Bundan sonra Azərbaycan inteqrasiya məsələlərini müzakirə etmək üçün Qarabağ ermənilərinin nümayəndələrini Yevlax şəhərinə dəvət edib.



Әlaqәli Xәbәrlәr