Zəlzələ Qazaxıstanda da hiss olunub

Xəzər dənizində baş vermiş zəlzələ Qazaxıstanda da hiss olunub.

2006496
Zəlzələ Qazaxıstanda da hiss olunub

Xəzər dənizində baş vermiş zəlzələ Qazaxıstanın qərbində yerləşən Aktau liman şəhərində də hiss olunub.

Bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin seysmoloji təcrübə-metodiki ekspedisiyası məlumat verib.

Qazaxıstanlı seysmoloqların məlumatına görə, yeraltı təkanlar Aktauda 2-3 bal gücündə hiss olunub.

Xatırladaq ki, Bakı vaxtı ilə saat 00:01-də Xəzər dənizində maqnitudası 5.7 olan zəlzələ qeydə alınıb.

Zəlzələ ocağı 20 kilometr dərinlikdə yerləşib.

Zəlzələ Quba, Xaçmaz, Siyəzən 6 bala Sumqayıt, Abşeron yarımadası və ona yaxın ərazilərdə 5-4 bala qədər hiss olunub.



Әlaqәli Xәbәrlәr