Sahibə Qafarova Numan Kurtulmuşu təbrik edib

Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova Türkiye Böyük Millət Məclisinin yeni sədri Numan Kurtulmuşa təbrik məktubu ünvanlayıb.

1997196
Sahibə Qafarova Numan Kurtulmuşu təbrik edib

Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova Türkiye Böyük Millət Məclisinin yeni sədri Numan Kurtulmuşa təbrik məktubu ünvanlayıb.

Məktubda Sahibə Qafarova Numan Kurtulmuşu Türkiye Böyük Millət Məclisinin (TBMM) sədri vəzifəsinə seçilməsi münasibətilə təbrik edərək ona ən xoş arzularını çatdırıb.

Məktubda deyilir ki, “Bir millət, iki dövlət” şüarını rəhbər tutan ölkələrimiz arasındakı strateji müttəfiqlik bütün sahələrdə olduğu kimi, parlamentlərarası əlaqələr sahəsində də uğurla inkişaf edir.

Sahibə Qafarova Numan Kurtulmuşu Azərbaycana rəsmi səfərə dəvət edib.

Parlamentin sədri Sahibə Qafarovanın, həmçinin Numan Kurtulmuşla telefon danışığı olub. Telefon danışığı zamanı Milli Məclisin həmkarını bir daha təbrik edərək, xalqlarımızın mənafeyi və rifahı naminə gələcək fəaliyyətində ona uğurlar arzulayıb.

Türkiye Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş da təbriklərə və xoş sözlərə görə təşəkkürünü bildirərək, TBMM ilə Azərbaycan Milli Məclisi arasında əlaqələrin bundan sonra da yüksələn xətlə inkişaf etməsi üçün səylərini əsirgəməyəcəyini söyləyib.



Әlaqәli Xәbәrlәr