Yens Stoltenberq Türkiyeyə təşəkkür edib

Prezident Rəcəb Tayyib Ərdoğan iyunun 4-də NATO-nun baş katibi Yens Stoltenberqi qəbul edib.

1995133
Yens Stoltenberq Türkiyeyə təşəkkür edib

NATO-nun baş katibi Yens Stoltenberq Prezidenti Rəcəb Tayyib Ərdoğanla bağlı qapılar arxasında keçirdiyi görüşdən sonra Kosovoya qoşun göndərmək qərarına görə Türkiye hakimiyyətinə minnətdarlığını bildirib.

“Mən Türkiyeyə bölgədəki son iğtişaşlardan sonra Kosovonun şimalına əlavə qüvvələr göndərdiyinə görə təşəkkür edirəm” - NATO-nun baş katibi deyib.

Qeyd edək ki, Türkiye Müdafiə Nazirliyi ölkənin xüsusi təyinatlılardan ibarət batalyonunu Kosovoda yerləşdirməyə başladığını açıqlamışdı.

Prezident Rəcəb Tayyib Ərdoğan iyunun 4-də NATO-nun baş katibi Yens Stoltenberqi qəbul edib.

Dolmabaxça sarayında baş tutan görüş mətbuata qapalı keçirilib. 

Görüşdə bölgədə baş verən hadisələrlə yanaşı, İsveçin NATO-ya üzvlüyü məsələsi də müzakirə edilib.

 



Әlaqәli Xәbәrlәr