Komandolar Kosovoya çatıb

65-ci Mexanikləşdirilmiş Piyada Briqada Komandanlığına aid heyəti  Kosovoya təhvil-təslimi başa çatıb.

1995139
Komandolar Kosovoya çatıb

Kosovodakı hadisələrindən sonra türk komandoları NATO-nun tələbi ilə bölgəyə gedib. Bölgədə xidmət göstərəcək Türkiye Silahlı Qüvvələrinin (SQ) 65-ci Mexanikləşdirilmiş Piyada Briqada Komandanlığına aid heyəti  Kosovoya təhvil-təslimi başa çatıb.
Kosovoda baş verən hadisələrindən sonra NATO Birgə Qüvvələr Komandanlığının tələbi ilə təyin edilmiş komando heyətinin maşınlarını daşıyan yük maşını karvanı Kosovo Sultan Murat kazarmasına gedib. 

Kırklarelinin Lüleburgaz rayonunda yerləşən və ehtiyat birlik olaraq təyin olunan 65-ci Mexanikləşdirilmiş Piyada Briqada Komandanlığının komando briqadasının istifadə edəcəyi avtomobillər yük maşınları ilə kazarmadan çıxıb.

Ədirnəyə gələn maşınları daşıyan karvan Kapıkule sərhəd-keçid məntəəsindən ayrılaraq Kosovoya tərəf gedib.
Heyətin təhvil verilməsi başa çatdıqdan sonra Milli Müdafiə Nazirliyindən yeni açıqlama verilib.

Nazirliyin sosial media paylaşımında “Qəhrəmanımız Mehmetcikə Kosovoda sülh və əmin-amanlığın qorunması üçün xeyirli və uğurlu missiyalar diləyirik” deyilib.



Әlaqәli Xәbәrlәr