Xaricdə səsverən seçicilərin sayı 1 milyonu ötüb

Mayın 14-də Türkiyedə keçiriləcək prezident və parlament seçkiləri ilə əlaqədar səsvermə prosesi davam edir.

1982363
Xaricdə səsverən seçicilərin sayı 1 milyonu ötüb

Mayın 14-də Türkiyedə keçiriləcək prezident və parlament seçkiləri ilə əlaqədar səsvermə prosesi davam edir.
Mayın 14-də Türkiyedə keçiriləcək prezident və parlament seçkiləri üçün xarici seçici siyahılarında qeydə alınmış 1 milyon 7 min 165 seçici səs verib.
Aprelin 27-də gömrük məntəqələrində və xarici nümayəndəliklərdə başlayan səsvermə prosesi bir həftədir davam edir.

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, indiyədək 1 milyon 7 min 165 seçici xarici nümayəndəlik və gömrük məntəqələrində səs verib.

Səsvermə mayın 14-də saat 17:00-da gömrük məntəqələrində, mayın 9-da isə xarici nümayəndəliklərdə başa çatacaq.

Xaricdəki seçici siyahısında qeydə alınmış seçicilər bayram günləri də daxil olmaqla 24 saat ərzində səs verə bilərlər.

Xaricdə 3 milyon 416 min 98 seçici səs verəcək. İlk dəfə səs verəcək seçicilərin sayı isə 277 min 646 nəfərdir.

***

Bu gündən Qazaxıstandakı seçicilər də səs verməyə başlayıb.

Paytaxt Astanada Türkiye vətəndaşları yerli vaxtla saat 09:00-dan etibarən Türkiyenin Astana səfirliyində qurulan seçki məntəqsində səs verməyə başlayıb.

Qazaxıstanda qeydiyyatda olan təxminən 6106 Türkiye vətəndaşı seçici üçün Astana səfirliyi, Almatı və Aktaudakı baş konsulluqlarda iistifadəyə verilən seçki qutularında səsvermə prosedurları mayın 7-i axşam saatlarına qədər davam edəcək.



Әlaqәli Xәbәrlәr