Türkiyə, Rusiya, İran və Suriya nazirləri Moskvada toplanacaq

Bir televiziya kanalının canlı yayımında seçkilərdən əvvəl Suriya ilə bağlı görüşün olub-olmayacağı ilə bağlı suala M.Çavuşoğlu belə cavab verib...

1982595
Türkiyə, Rusiya, İran və Suriya nazirləri Moskvada toplanacaq

 

  Xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə, Rusiya, İran və Suriya xarici işlər nazirlərinin dördlü toplantısının mayın 10-da Rusiyanın paytaxtı Moskvada olacağını bildirib.

  Bir televiziya kanalının canlı yayımında seçkilərdən əvvəl Suriya ilə bağlı görüşün olub-olmayacağı ilə bağlı suala M.Çavuşoğlu belə cavab verib: "Çox güman ki, olacaq. Hazırlıq görüşləri əvvəllər də keçirilib və bütün danışıqlar yol xəritəsi çərçivəsində aparılır. Kəşfiyyat və müdafiə sahələrində təhlükəsizliyin artırılması, terrorla mübarizədə əməkdaşlıq kimi mövzularda xarici işlər nazirlərinin müavinləri görüşüblər.

  Rusiyadan tarix təklifləri gəldi. Belə bir görüş yəqin ki, mayın 10-da baş tutacaq. Hazırda İran prezidenti Afrika səfərindədir. Ona görə İrandan kimin iştirak edəcəyi dəqiq deyil. Amma Moskvada bu görüş keçiriləcək”.



Әlaqәli Xәbәrlәr