MİT İraqın şimalında PKK/KCK terror təşkilatının sözdə başçısını zərərsizləşdirib

MİT İraqın şimalındakı Qara bölgəsində keçirdiyi əməliyyatla separatçı terror təşkilatı PKK/KCK-nın təlim zabiti adlandırılan Əhməd Gümüşü zərərsizləşdirib.

1982576
MİT İraqın şimalında PKK/KCK terror təşkilatının sözdə başçısını zərərsizləşdirib

Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın şimalındakı Qara bölgəsində keçirdiyi əməliyyatla separatçı terror təşkilatı PKK/KCK-nın təlim zabiti adlandırılan Əhməd Gümüşü zərərsizləşdirib.

Təhlükəsizlik mənbələrindən əldə edilən məlumata görə, Yunanıstanda sui-qəsd üzrə təlim keçən “Cudi Engizek” kod adlı terrorçu Gümüşün bir zaman təşkilatın sözdə başçılarından Murat Karayılanın mühafizəçisi olduğu və təhlükəsizlik qüvvələrinə istiqamətli xeyli sayda hücumu planlaşdırdığı və həyata keçirdiyi məlum olub.

Gümüşün Türkiyedə bir sıra polis bölmələrinə qarşı aksiyalarda iştirak etdiyi, terror təşkilatı üzvlərinə sui-qəsd üzrə ekspert təlimi keçdiyi və təşkilat adından silah sistemlərinin hazırlanmasında iştirak etdiyi də müəyyən edilib.

PKK/KCK-nın Suriyadakı sui-qəsd məktəblərində təşkilat üzvlərinə təlim keçdiyi iddia edilən terrorçu Gümüşün keçən il Qarada sözdə Apollon akademiyalar komandanlığı ilə sözdə mahir akamediyaların rəhbərliyi altında olduğu öyrənilib. 

Təqib edilən terrorçu Gümüş MİT-in Qarada təşkil etdiyi əməliyyat nəticəsində zərərsizləşdirilib.



Әlaqәli Xәbәrlәr