Rusiya-Ukrayna müharibəsində həlak olan uşaq sayı

Rusiya-Ukrayna müharibəsində indiyədək 500-dən çox uşaq həyatını itirib.

1969596
Rusiya-Ukrayna müharibəsində həlak olan uşaq sayı

Rusiya-Ukrayna müharibəsində indiyədək 500-dən çox uşaq həyatını itirib.

Bu barədə BMT-nin Uşaq Fondunun (UNICEF) icraçı direktoru Ketrin Rassel sosial media hesabından etdiyi paylaşımda bildirib:

"Ukraynalı uşaqlar və ailələr üçün daha bir faciəli həddi keçilib. Müharibənin başladığı 2022-ci ilin fevralından bu yana ən azı 501 uşaq öldürülüb".

Həqiqi ölənlərin sayının UNICEF-in təsdiq etdiyi rəqəmlərdən çox ola biləcəyini qeyd edən Russell müharibədə ən az 1000 uşağın yaralandığını qeyd edib.

"Ölənlərlə əlaqəli açıqlanan hər rəqəmin arxasında dağılan və əbədi olaraq dəyişən bir ailə dayanır. Bu, ürək ağrıdır. Nəhayət, uşaqların və ailələrin sülhə ehtiyacı var və bu, tezliklə olmayacaq", - Rassel bildirib.



Әlaqәli Xәbәrlәr