Cənubi Koreya, ABŞ və Yaponiya üçtərəfli dəniz təlimi keçirir

Cənubi Koreya Milli Müdafiə Nazirliyi məlumat yayıb.

1968938
Cənubi Koreya, ABŞ və Yaponiya üçtərəfli dəniz təlimi keçirir

Cənubi Koreya, ABŞ və Yaponiya üçtərəfli dəniz təlimi keçirir.

Bu barədə Cənubi Koreya Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Aprelin 3-4-də keçiriləcək təlim Cənubi Koreya, ABŞ və Yaponiyanın Şimali Koreyanın sualtı qayıqdan buraxdığı ballistik raket kimi təhdidlərinə cavab vermək qabiliyyətini gücləndirmək üçün nəzərdə tutulur. Üç ölkənin hərbçiləri “sualtı təhdidlər”in aşkarlanması, izlənilməsi, məlumatların paylaşılması üzrə məşq edəcəklər.

“Şimali Koreyanın istənilən təxribatına qətiyyətlə cavab verəcəyik və onu zərərsizləşdirəcəyik”, - deyə məlumatda bildirilib.

Cənubi Koreya, ABŞ və Yaponiyanın bu gün başlatdığı sualtı qayıq əleyhinə birgə təlim iki gün davam edəcək.



Әlaqәli Xәbәrlәr