Türk Dövlətləri Təşkilatının baş katibi Özbəkistanda səfərdədir

Türk Dövlətləri Təşkilatının Baş katibi Ömüralıyev Özbəkistan prezidenti Şavkat Mirziyoyev tərəfindən qəbul edilib.

1937680
Türk Dövlətləri Təşkilatının baş katibi Özbəkistanda səfərdədir

Türk Dövlətləri Təşkilatının Baş katibi Ömüralıyev Özbəkistan prezidenti Şavkat Mirziyoyev tərəfindən qəbul edilib.

Özbəkistan Prezident Aparatından verilən məlumata görə, Mirziyoyev İqtisadi Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Toplantısı çərçivəsində paytaxt Daşkənddə olan Ömüralıyevlə görüşüb.

Görüş zamanı Mirziyoyev və Ömüralıyev Özbəkistanın TDT-nin növbəti sədrliyi dövründə prioritet məqsəd və vəzifələrinin həyata keçirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.

Görüşdə təşkilatın inkişafında yeni dövr başladan 2022-ci il noyabrın 11-də Özbəkistanda Səmərqənd sammitinin nəticələrinin önəmli olduğunu qeyd edən Ömüralıyev zirvə yığıncağında təşkilatın fəaliyyətini daha da inkişaf etdirmək üçün daha geniş imkanlar yaradacaq mühüm sənədlərin imzalandığını xatırladıb. 

Ömüralıyev təşkilat çərçivəsində əməkdaşlıq və tərəfdaşlıq potensialının reallaşdırılması üçün Özbəkistanla sıx əməkdaşlığa hazır olduqlarını da bildirib.

Qeyd edək ki, yanvarın 24-də Daşkənddə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Nazirlər Şurasının 26-cı iclası keçirilib.



Әlaqәli Xәbәrlәr