Şuşa yaxınlığında etiraz aksiyası

Rusiya qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində mədənlərin qanunsuz istismarının qarşısının alınması tələbi ilə etiraz aksiyası keçirib

1917773
Şuşa yaxınlığında etiraz aksiyası
azerbaycan stk susa protesto.jpg
azerbaycan stk susa protesto.jpg

 

  Azərbaycanın ətraf mühitlə bağlı qeyri-hökumət təşkilatlarının üzvləri və fəalları Şuşa yaxınlığında erməni əhalisinin məskunlaşdığı və Rusiya qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində mədənlərin qanunsuz istismarının qarşısının alınması tələbi ilə etiraz aksiyası keçirib.

  Şuşa yaxınlığında, Xankəndini Ermənistanla birləşdirən yolda Rusiya qüvvələrinin nəzarət-buraxılış məntəqəsindən başlayan aksiyada yollar bağlanıb və etirazçılar tərəfindən çadırlar qurulub.

  Qarabağda erməni əhalinin məskunlaşdığı bölgədəki mədənlərin qanunsuz istismarının və bunun nəticəsində ətraf mühitə dəyən ziyanın qarşısını almaq istəyən nümayişçilər Rusiya qüvvələrinin komandanı Andrey Volkovun bölgəyə gəlməsini tələb ediblər.

  Xatırladaq ki, ötən həftə Rusiya qüvvələrinin komandanlığı ilə aparılan danışıqların nəticəsi olaraq azərbaycanlı mütəxəssislərin ermənilərin məskunlaşdığı Azərbaycan ərazilərindəki Qızılbulak qızıl və Dəmirli mis mədənlərinə baxış keçirməsi razılaşdırılıb. Amma mütəxəssislər rayona getsələr də, onların mədənlərə girişinin qarşısı ermənilər tərəfindən alınıb.



Әlaqәli Xәbәrlәr