Azərbaycan ordusunun Kəlbəcər və Xocavənddəki mövqeləri atəşə tutulub

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki...

1914305
Azərbaycan ordusunun Kəlbəcər və Xocavənddəki mövqeləri atəşə tutulub

 

  Dekabrın 4-də saat 03:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan ordusunun Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

  Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

  Xatırladaq ki, dekabrın 3-ü saat 16:30 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan ordusunun Xocavənd rayonu istiqamətində yerləşən mövqeyi də atıcı silahlardan atəşə tutulub. Qeyd olunan istiqamətdə yerləşən Azərbaycan bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

 



Әlaqәli Xәbәrlәr