Süleyman Soylu Qırğızıstanda səfərdədir

Qırğızıstanda rəsmi səfərdə olan daxili işlər naziri Süleyman Soylu bu ölkənin fövqəladə hallar naziri Boobek Ajikeyevlə görüşüb.

1903675
Süleyman Soylu Qırğızıstanda səfərdədir

Qırğızıstanda rəsmi səfərdə olan daxili işlər naziri Süleyman Soylu bu ölkənin fövqəladə hallar naziri Boobek Ajikeyevlə görüşüb.

Süleyman Soylu, ev sahibi nazirlərin və nümayəndə heyətlərinin görüşündə Türkiyenin fəlakətlə mübarizədə çox uğurlu addımlar atdığını və inteqrasiya olunmuş fəlakət idarəetmə sistemini tətbiq etdiyini bildirib.

Bu çərçivədə fəlakətlə bağlı xəbərdarlıq sistemi tətbiq etdiklərini xatırladan Soylu "Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyi (AFAD) xüsusilə qanunlar, qurumlar və təsirli tədbirlər, qeyri-hökumət təşkilatlarının daxil olduğu effektiv strategiyaları, müasir texnologiyası və fəlakət kommunikasiya infrastrukturu ilə dünyanın ən əhəmiyyətli qurumlarından birinə çevrilmişdir" deyib.

Soylu həmçinin AFAD-ın inventarında olan Mi-8 MTV helikopterinin texniki xidmət və təmiri və tələb olunan kredit dəstəyinin verilməsi üçün işlərə başlayacaqlarını açıqlayıb.

Nazir Ajikeyev də 2012-ci ildə Türkiye ilə əməkdaşlıq çərçivəsində fəlakətlərlə mübarizə səylərini davam etdirdiklərini və 2021-ci ilin oktyabrında keçirilən görüş nəticəsində Türkiyedən göndərilən yardımın ölkəsində öz təsirini göstərdiyini bildirib.



Әlaqәli Xәbәrlәr