Azad edilmiş ərazilərdə indiyədək 48 mindən çox mina və PHS aşkarlanıb

Azərbaycan işğaldan azad etdiyi Qarabağ bölgəsi və ətraf ərazilərdə Ermənistan silahlı qüvvələri tərəfindən keçmişdə döşənən minaların təmizlənməsi tədbirlərini davam etdirir.

1723642
Azad edilmiş ərazilərdə indiyədək 48 mindən çox mina və PHS aşkarlanıb

“Azərbaycan işğaldan azad etdiyi Qarabağ bölgəsi və ətraf ərazilərdə Ermənistan silahlı qüvvələri tərəfindən keçmişdə döşənən minaların təmizlənməsi tədbirlərini davam etdirir”.

Bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov bildirib.

ANAMA sədri qeyd edib ki, İkinci Qarabağ müharibəsinin başa çatdığı 2020-ci il noyabrın 10-dan 2021-ci il oktyabrın 15-dək 18302 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib: “Həmin ərazilərdə 22 230 partlamamış hərbi sursat, 17 426 piyada əleyhinə mina, 8 755 tank əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib. İşğaldan azad edilən ərazilərdə minatəmizləmə işləri fasiləsiz davam edir”.

V. Süleymanov vurğulayıb ki, bu işlər ilk olaraq magistral, dəmir yolu, obyekt və yaşayış yerləri üçün nəzərdə tutulmuş ərazilərdə aparılır: “10 noyabr bəyanatından indiyədək 18 min hektardan çox ərazi təmizlənib, 48 mindən çox mina və partlamamış hərbi sursat aşkar edilərək məhv edilib”.

Vüqar Süleymanov həmçinin deyib ki, minatəmizləmə qruplarının sayı artırılıb, bu işi etmək istəyən şəxslərə təlimlər keçirilir. Ayrıca olaraq Türkiyənin müvafiq qurumları ilə təcrübə mübadiləsi aparırıq. Azərbaycan Türkiyə ilə minatəmizləmə sahəsində əməkdaşlığı genişləndirəcək.

 



Әlaqәli Xәbәrlәr