Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddia üzrə dinləmələr başlayıb

Açıq dinləmələrin 2 gün davam edəcəyi bildirilib.

1721202
Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddia üzrə dinləmələr başlayıb

BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Beynəlxalq Konvensiyanın pozulmasına görə Ermənistana qarşı qaldırdığı iddia üzrə dinləmələr başlayıb.  

Açıq dinləmələrin 2 gün davam edəcəyi bildirilib.

"Covid-19" pandemiyası səbəbindən dinləmələr videofarmatda keçirilir.

Beynəlxalq Ədalət Məhkəməsinin bəzi hakimləri Böyük ədalət zalında keçirilən dinləmələrdə şəxsən iştirak etsələr də, bəzi üzvlər, eləcə də tərəflərin nümayəndələri də şəxsən və videoəlaqə vasitəsilə prosesə qoşulublar. 

Dinləmələr davam edir. 

Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədovun başçılığındakı Azərbaycan heyəti Ermənistanın “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Beynəlxalq Konvensiyanı pozduğuna dair iddialarını ortaya qoyub.

Azərbaycan ayrıca Ermənistanın pozuntularına dərhal son qoyması üçün Məhkəmədən müvəqqəti tədbirlərin görülməsi barədə qərara gəlinməsini tələb edib.



Әlaqәli Xәbәrlәr