Ersin Tatar: "Maraş bölgəsini bu günə qədər 230 mindən çox adam ziyarət edib"

Ersin Tatar 8 Oktyabr 2020-ci ildə istifadəyə verilən bağlı Maraş bölgəsini bu günə qədər 230 mindən çox adamın ziyarət etdiyini söyləyib.

1714156
Ersin Tatar: "Maraş bölgəsini bu günə qədər 230 mindən çox adam ziyarət edib"

Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyəti (KKTC) Prezidenti Ersin Tatar 8 Oktyabr 2020-ci ildə istifadəyə verilən bağlı Maraş bölgəsini bu günə qədər 230 mindən çox adamın ziyarət etdiyini söyləyib.

Tatar Əskişəhərdə verdiyi məlumatda Maraşın 1974-cü ildən bəri bağlı olduğunu xatırladaraq bölgənin tamamilə Türk fondlarına aid olduğunu qeyd edib.

KKTC sərhədləri daxilində olan Maraşı ziyarətçilərə açdıqlarını xatırladan Tatar bunları söyləyib:

"Daşınmaz Əmlak Komissiyası adlanan komitəmiz var. Əmlak sahibi olan hər kəsin müraciət etməsini və əmlaklarının onlara geri qaytarılmasını istəyirik. Hazırda prosesi davam etdiririk. Bu günə qədər Maraş bölgəsini 230 mindən çox insan ziyarət edib. Pandemiyaya baxmayaraq rəqəm bu qədərdir. Pandemiya olmasaydı, ziyarətçilərin sayı bir milyona çatardı. Gördüyümüz tədbirlərlə, açılışlarla, turizm və tələbə ölçüsü ilə qısa müddət sonra Maraşa ziyarətlər artacaq. Maraşın dəyəri də eləcə. O gözəl çimərlik və oradakı sosial obyektlər və parklar canlanacaq. Beynəlxalq hüquq çərçivəsində tədricən məskunlaşmağa açılacaq".



Әlaqәli Xәbәrlәr