Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (2 oktyabr 2021)

Son sutkada 2060 nəfər koronavirus infeksiyasından sağalıb.

1713756
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (2 oktyabr 2021)

Azərbaycanda yeni növ koronavirus (Covid-19) infeksiyasına son sutkada 684 yoluxma faktı qeydə alınıb, 2060 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 16 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 485 min 275 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 462 min 798 nəfər müalicə olunaraq sağalıb, 6 min 559 nəfər vəfat edib. Aktiv xəstə sayı 15 min 918 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 min 832, bu günə qədər isə ümumilikdə 4 milyon 878 min 405 test icra olunub.

Oktyabrın 2-də Azərbaycanda 60 min 630 nəfər yeni növ koronavirus infeksiyası əleyhinə vaksinasiya olunub.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 15 min 293, ikinci mərhələ üzrə isə 45 min 337 nəfər olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 8 milyon 683 min 990, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 794 min 136, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 3 milyon 889 min 854 nəfər təşkil edir.



Әlaqәli Xәbәrlәr