Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (23 sentyabr 2021)

Azərbaycanda yeni növ koronavirus (Covid-19) infeksiyasına son sutkada 1178 yoluxma faktı qeydə alınıb

1709761
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (23 sentyabr 2021)

Azərbaycanda yeni növ koronavirus (Covid-19) infeksiyasına son sutkada 1178 yoluxma faktı qeydə alınıb, 2322 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 24 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 477 min 587 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 444 min 53 nəfər müalicə olunaraq sağalıb, 6 min 394 nəfər vəfat edib. Aktiv xəstə sayı 27 min 140 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 min 331, bu günə qədər isə ümumilikdə 4 milyon 790 min 724 test icra olunub.

Sentyabrın 23-də Azərbaycanda 62 min 588 nəfər yeni növ koronavirus infeksiyası əleyhinə vaksinasiya olunub.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 16 min 516, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 46 min 72 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 8 milyon 169 min 473, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 4 milyon 668 min 637, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 3 milyon 500 min 836 nəfər təşkil edir.



Әlaqәli Xәbәrlәr