“TurAz Şahini - 2021” təlimlərində hərbi təyyarəçilər tapşırıqları müvəffəqiyyətlə icra edirlər

Türkiyə və Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) aviasiya vasitələri təlim planına əsasən təyin olunan hündürlükdə marşrut üzrə birgə uçuş tapşırıqlarını yerinə yetiriblər.

1704445
“TurAz Şahini - 2021” təlimlərində hərbi təyyarəçilər tapşırıqları müvəffəqiyyətlə icra edirlər

“TurAz Şahini - 2021” birgə taktiki-uçuş təlimlərində Türkiyə və Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) aviasiya vasitələri təlim planına əsasən təyin olunan hündürlükdə marşrut üzrə birgə uçuş tapşırıqlarını yerinə yetiriblər.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, tapşırığın ssenarisinə uyğun olaraq, şərti düşmənin hava hücumundan müdafiə vasitələrinə, yerüstü hədəflərinə zərbələr endirmə və onun qırıcılarından yayınma manevrləri hərbi təyyarəçilər tərəfindən uğurla icra edilib.



Әlaqәli Xәbәrlәr