Azərbaycan Müdafiə Nazirliyi: Naxçıvan istiqamətindəki mövqelərimiz yenidən atəşə tutulub

Əməliyyat şəraiti Azərbaycan bölmələrinin nəzarəti altındadır.

1688304
Azərbaycan Müdafiə Nazirliyi: Naxçıvan istiqamətindəki mövqelərimiz yenidən atəşə tutulub

Avqustun 9-u saat 17:10-dan 17:40-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə müxtəlif çaplı silahlardan atəşə tutub.

Azərbaycan Müdafiə Nazirliyinin feysbuk səhifəsində yer alan məlumatda bildirilib ki, Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur. Qarşı tərəf cavab atəşi ilə susdurulub.

Əməliyyat şəraiti Azərbaycan bölmələrinin nəzarəti altındadır.



Әlaqәli Xәbәrlәr