Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (10 iyun)

Azərbaycanda koronavirus infeksiyasından daha 281 nəfər müalicə olunaraq sağalıb.

1655539
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (10 iyun)

Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 281 nəfər müalicə olunaraq sağalıb, 75 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, "Covid-19" üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkədə 334 min 992 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 327 min 907 nəfər müalicə olunaraq sağalıb, 4951 nəfər vəfat edib. Aktiv xəstə sayı 2134 nəfərdir.

Ötən müddət ərzində 3 milyon 597 min 849 test aparılıb. Bugünkü test sayı isə 8618-dir.



Әlaqәli Xәbәrlәr