Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (31 may)

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə...

1649109
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (31 may)

Azərbaycan Respublikasında koronavirus infeksiyasından daha 462 nəfər müalicə olunaraq sağalıb, 92 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, "Covid-19" üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkədə 333 min 956 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 324 min 565 nəfər müalicə olunaraq sağalıb, 4913 nəfər vəfat edib. Aktiv xəstə sayı 4478 nəfərdir.

Ötən müddət ərzində 3 milyon 513 min 989 test aparılıb. Bugünkü test sayı isə 4815-dir.

Qeyd edək ki, Azərbaycanda son 24 saat ərzinda koronavirus əleyhinə 407 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 180, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 227 nəfərdir.



Әlaqәli Xәbәrlәr