Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (24 may)

Azərbaycanda son 24 saat ərzində 424 nəfər "Covid-19"dan sağalıb, 156 nəfər yoluxub.

1644866
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (24 may)

Azərbaycan Respublikasında koronavirus (Covid-19) infeksiyasına 156 yeni yoluxma faktı qeydə alınıb, 424 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, "Covid-19" üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 332 610 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 321 132 nəfər müalicə olunaraq sağalıb, 4 867 nəfər vəfat edib, aktiv xəstə sayı 6611 nəfərdir.

Son 24 saat ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 546, ötən müddət ərzində isə ümumilikdə 3 458 790 test aparılıb.



Әlaqәli Xәbәrlәr