Türkiyә-Rusiya Birgә Monitorinq Mәrkәzi fәaliyyәtlәrini davam etdirir

Azәrbaycan ordusunun işğaldan azad etdiyi Dağlıq Qarabağda qurulan Türkiyә-Rusiya Birgә Monitorinq Mәrkәzi fәaliyyәtlәrini davam etdirir.

1578288
Türkiyә-Rusiya Birgә Monitorinq Mәrkәzi fәaliyyәtlәrini davam etdirir

 

Azәrbaycan ordusunun işğaldan azad etdiyi Dağlıq Qarabağda qurulan Türkiyә-Rusiya Birgә Monitorinq Mәrkәzi fәaliyyәtlәrini davam etdirir.

Mәrkәzdәki hәrbçilәr pilotsuz uçuş aparatları vasitәsilә çәkilәn görüntülәri birlikdә izlәyir vә atәşkәsә riayәt  edilib-edilmәdiyini müәyyәnlәşdirir.

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin ümumi sahəsi 4 hektara yaxındır. Ərazidə 65 ədəd modul tipli xidmətin inzibati və yaşayış otaqları var. Mәrkәzdә 60 türk vә 60 rus hәrbçisi vәzifәlәrini icra edir.

Türkiyә-Rusiya Birgә Monitorinq Mәrkәzinin mühafizәsi Azәrbaycan Ordusunun hәrbi qulluqçuları tәrәfindәn hәyata keçirilir.

Qeyd edәk ki, Azәrbaycan Ordusunun sentyabrın 27-dә başlatdığı әmәliyyatlar nәticәsindә 5 şәhәr, 4 qәsәbә vә 286 kәndin işğaldan azad edilmәsi nәticәsindә Ermәnistan mәğlub olduğunu qәbul edәrәk işğal altındakı Laçın, Ağdam vә Kәlbәcәr rayonlarından çıxmışdı.

Türkiyә-Rusiya Birgә Monitorinq Mәrkәzinә dair anlaşma memorandumu Türkiyәnin milli müdafiә naziri Hulusi Akar ilә Rusiya müdafiә naziri Sergey Şoyqu tәrәfindәn 2020-ci ilin 11 noyabr tarixindә imzalanmışdı.

Qeyd edәk ki, Türkiyә-Rusiya Birgә Monitorinq Mәrkәzi yanvarın 30-da  fәaliyyәtinә başlamışdı.

Mәrkәzin açılışında Azәrbaycan müdafiә naziri Zakir Hәsәnov, Türkiyә milli müdafiә nazirinin müavini Yunus Emre Karaosmanoğlu vә Rusiya müdafiә nazirinin müavini Aleksandr Fomin iştirak etmişdi.



Әlaqәli Xәbәrlәr