Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (2 fevral)

Azərbaycanda koronavirusdan 332 nəfər sağalıb, 159 yeni yoluxma faktı qeydə alınıb.

1576018
Azərbaycanda "Covid-19"dan ölüm və yoluxma sayı (2 fevral)

Azərbaycan Respublikasında koronavirus infeksiyasından 332 nəfər müalicə olunaraq sağalıb, 159 yeni yoluxma faktı qeydə alınıb.Götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkədə 230 min 455 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 223 min 807 nəfər müalicə olunaraq sağalıb, 3 min141 nəfər vəfat edib. Aktiv xəstə sayı 3 min 507 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 419 min 747 test aparılıb. Bugünkü test sayı isə 7 min 713-dir.



Әlaqәli Xәbәrlәr