Azәrbaycan prezidenti İlham Әliyev xalqa müraciәt edib

Azәrbaycan Prezidenti İlham Әliyev Kәlbәcәrin işğaldan azad edilmәsi münasibәtilә xalqa müraciәt edib.

1534252
Azәrbaycan prezidenti İlham Әliyev xalqa müraciәt edib

 

Azәrbaycan Prezidenti İlham Әliyev Kәlbәcәrin işğaldan azad edilmәsi münasibәtilә xalqa müraciәt edib.

Kәlbәcәrdәki kilsә vә mәscidlәrin Azәrbaycanın tarixi sәrvәti olduğunu vurğulayan İlham Әliyev bildirib ki, Kəlbəcər bizim qədim torpağımızdır. Qədim Azərbaycan torpağıdır. Kəlbəcər ərazi baxımından bizim ən böyük rayonlarımızdan biridir. Kəlbəcərin tarixi abidələri bizim böyük sərvətimizdir. Həm məscidlər, həm kilsələr bizim tarixi sərvətimizdir. Azərbaycan xalqı onu yaxşı bilir və bütün dünya bilməlidir ki, Kəlbəcərdə mövcud olan kilsələr qədim Qafqaz Albaniyası dövlətinə məxsusdur. Bunu təsdiqləyən bir çox tarixi sənədlər var. Bu, heç kəsə sirr deyil. Sadəcə olaraq, erməni “tarixçiləri” və saxtakarlar qədim alban kilsələrini saxtakarlıqla erməniləşdiriblər, öz yazılarını oraya əlavə ediblər və bu kilsələri özününküləşdiriblər. Azərbaycanın multikulturalizmlə, dinlərarası münasibətlə bağlı apardığı siyasət bütün dünya tərəfindən, dünya liderləri tərəfindən təqdirlə qarşılanır. Narahatlıq ifadə etmək istəyən bəzi Qərb dairələri bizim dağılmış məscidlərə baxsınlar, Ağdam, Şuşa, Zəngilan, Cəbrayıl, Füzuli məscidlərinə və digər məscidlərə. O məscidlər ya dağıdılıb, ya da ki, təhqir edilib, donuzlar saxlanılıb.  Niyə bu, narahatlıq doğurmurdu? Otuz il bu barədə niyə heç kim məsələ qaldırmırdı, bizdən başqa? Mən bu məsələni dəfələrlə beynəlxalq tribunalardan, beynəlxalq kürsülərdən, xarici həmkarlarımla təmaslar əsnasında qaldırmışdım. Nə üçün buna heç kim narahatlıq ifadə etmirdi? Nə üçün bu məsələ ilə bağlı heç kim beynəlxalq heyət göndərmək istəmirdi? Bu suallara cavab istəyir Azərbaycan xalqı. Biz bu cavabı bilirik. Ona görə bir daha demək istəyirəm, bizim işimizə qarışmaq istəyən, yaxud da ki, nədəsə ittiham etmək istəyən getsin, ilk növbədə, güzgüyə baxsın.

Kəlbəcər rayonu füsunkar təbiətə, zəngin mədəni irsə malikdir. Bizim bir neçə böyük çayımızın mənbəyi Kəlbəcər rayonundadır.Ermәnilәr buradakı çayların istiqamәtini dәyişdirәrәk Azәrbaycana qarşı ekoloji terror törәdirdi. İşğaldan azad edilәn bütün bölgәlәri yenidәn bәrpa edәcәyik.

 

 



Әlaqәli Xәbәrlәr